Gürcüstanın Təhsil və Elm Nazirliyi tələbələrə dəstək məqsədilə sentyabrın 7-dən sosial proqram çərçivəsində ərizələrin qəbuluna başlayıb.
Ərizələr bakalavr, müəllim hazırlığı üzrə inteqrə edilmiş bakalavr-magistratura, baytarlıq üzrə magistratura, ali təhsilli tibb/stomatologiya üzrə akreditasiyadan keçmiş təhsil proqramlarına qəbul olunacaq.
Ərizələr 2023-cü il sentyabrın 7-dən sentyabrın 26-na kimi yalnız elektron qeydiyyat əsasında qəbul olunacaq. Qeydiyyat üçün “socreg.mes.gov.ge” veb-səhifəyə daxil olmaq lazımdır.
Proqram haqqında ətraflı məlumatı Gürcüstanın Təhsil və Elm Nazirliyinin rəsmi veb-səhifəsindən (www.mes.gov.ge) əldə edə bilərsiniz.
Qeyd etmək lazımdır ki, 2023-cü ildə sosial proqram çərçivəsində fəaliyyət göstərən 14 kateqoriyaya daha iki kateqoriya əlavə edilib – “Gürcüstanın Müdafiə Nazirliyi sistemində vəzifə borcunu yerinə yetirən zaman həlak olmuş hərbçilərin övladları” və “Gürcüstanın ümumtəhsil müəssisələrində təhsil aldığı dövrdə Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən həyata keçirilən “İnklüziv təhsilə dəstək” proqramının, “Sosial inklüziya ilə təhsil almağın ikinci imkanı” alt-proqramının benefisiarları olan şəxslər, misal üşün qaraçı yeniyetmələr”.
Gürcüstanın Təhsil və Elm Nazirliyi ötən illərdə qüvvədə olan sonrakı sosial kateqoriyaların maliyyələşdirilməsinə davam edir:
• Dağlıq kənd statusu olan məktəblərin məzunları;
• İşğal edilmiş ərazilərdən olan tələbələr;
• Ərazi bütövlüyü uğrunda həlak olanların övladları, ağır dərəcədə fiziki imkanları məhdud olan veteranlar və ya onların övladları;
• Valideynlərini itirmiş tələbələr;
• Çoxuşaqlı (4 və ya daha çox) ailələrin üzvləri;
• Aztəminatlı tələbələr (ailəsinin reytinq balı 70000 və daha aşağı olan);
• Dövlət himayəsi altında olan tələbələr;
• Azərbaycandilli məktəblərin məzunları;
• Ermənidilli məktəblərin məzunları;
• Repatriasiya edilmiş (vaxtilə yaşayış yerindən zorla çıxarılmış, deportasiya olunmuş şəxslərin və ya milli-etnik qrupların yenidən həmin məkana qaytarılması) tələbələr;
• İşğal edilmiş ərazilərlə sərhədyanı kənd məktəblərinin məzunları;
• Fiziki imkanları məhdud tələbələr;
• Autizm spektri pozulmuş şəxslər;
• Beynəlxalq sülh və təhlükəsizliyin qorunması və bərpası əməliyyatlarında, yaxud başqa növ sülh fəaliyyətlərinin həyata keçirilməsi zamanı və ya bu missiyalarda sağlamlığına ziyan dəymə nəticəsində dünyasını dəyişmiş Gürcüstanın Müdafiə Nazirliyinin hərbi xidmətçilərinin övladları, sülh fəaliyyətlərini həyata keçirmək nəticəsində kəskin/ağır dərəcəli fiziki imkanları məhdud şəxslər və ya onların övladları.
Mənbə: etaloni.ge