Müəllimlər üçün xoşbəxtlik xırdalıqlarda gizlənə bilər. Çox pedaqoqlara şagirdlərin sözü, uğuru və ya hörməti sevinc bəxş edir. Ancaq bundan əlavə müəllimlərin razılıq səviyyəsini müəyyən edən göstəricilər də var. Bunlar əməkhaqqı, iş şərtləri, karyera imkanları və sairdir.

 

Hər il dünyada müxtəlif araşdırmalar aparılır və bununla müəllimlərin razılıq səviyyəsi müəyyən edilir.

 

“Preply” dünya üzrə müəllimlərin əməkhaqqı, imkanı və razılıq səviyyələrini araşdırıb.

 

Gecəyə qədər ev tapşırığını yoxlamaq, sinifdənkənar fəaliyyətlərin planlaşdırılması, müxtəlif klub rəhbərliyi – bunlar hamısı bəzən iş və peşə deyil, həyat tərzi olur. Pedaqoqların gündəlik iş qrafiklərinin fonunda onların əməkhaqqının nə qədər olması, nə dərəcədə razı qaldıqları və hansı yeni imkanlarının olması maraqlıdır.

 

“Preply” təşkilatının müəllimlərin razı qalıb-qalmadıqları ilə bağlı apardığı araşdırmaya əsasən, pedaqoqların əməkhaqqı və iş imkanlarını nəzərə almaqla, ən yaxşı ingilisdilli ölkələrin ilk üçlüyü belədir: Avstraliya, Kanada və Yeni Zelandiya.

 

Eyni zamanda, araşdırmanın ikinci hissəsində xoşbəxtlik və razılıq göstəricisini nəzərə almaqla ön yerləri Kanada, Meksika və Avstriya tutur.

 

Bütün bunlardan irəli gələrək, müəllimlər üçün ən yaxşı ingilisdilli ölkə hansıdır? Təəccüblü deyil ki, hər iki qiymətləndirmə meyarına əsasən Kanada üçlükdədir. Ondan sonra Avstraliya gəlir. Üçlüyü Sinqapur (əməkhaqqı, imkan və razılıq göstəricisinə görə 5-ci yerə çıxıb) tamamlayır.

 

Bu böyük rəsmin qısa hekayəsidir, amma real olaraq konkret ölkələr müəllimlərə nə təklif edirlər?

 

Araşdırmada iştirak edən 42 ölkənin göstəricilərini nəzərə almaqla, müəllimin ildə orta əməkhaqqı 30,258 dollardır.

 

Bütün illik əməkhaqqına nəzər salsaq görərik ki, kanadalı müəllimlər ən yüksək əməkhaqqı alırlar. Onların orta illik əməkhaqqı 70,331.06 ABŞ dollarıdır ki, bu da orta göstəricidən kifayət qədər yüksəkdir. Avstraliyalı müəllimlər ikinci yeri tuturlar. Onların əməkhaqqı təxminən 54,022 dollardır. Bu ölkənin qonşusu Yeni Zelandiya isə üçüncü yerdə qərarlaşıb. Yeni Zelandiya müəllimləri ildə təxminən 52,698 dollar əməkhaqqı alırlar.

 

Qeyd etmək lazımdır ki, illik əməkhaqqı yaşam keyfiyyətinin müzakirəsi zamanı nəzərə alınan yeganə faktor deyil. Burada məsələ bir də belə durur: konkret ölkədə müəllimin əməkhaqqı həmin ölkədəki orta əməkhaqqı ilə müqayisədə hansı səviyyədədir. Yəni müəllimin əməkhaqqının digər sahələrdən aşağı olmaması nəzərə alınmalıdır. Məsələn, Avropa ölkələrində – Portuqaliyada müəllimin əməkhaqqı milli orta göstəricidən 78 % yüksəkdir. Belə ki, Portuqaliyada vəziyyət 67 %-lik fərq olan Kanadadan daha yaxşıdır.

 

Mənbə: etaloni.ge