Gələcək tələbələr universitetlərə qeydiyyatdan keçmək üçün digər sənədlərlə birgə attestatı da təqdim etməlidirlər. Ümumi təhsili təsdiq edən dövlət sənədini – attestatı almaq üçün Ədliyyə Evinin istənilən filialına və ya Dövlət Xidmətinin İnkişafı Agentliyinin istənilən ərazi xidmətinə müraciət etmək olar.
Ümumi təhsili təsdiq edən sənədi almaq üçün səlahiyyətli xidmətə aşağıdakı sənədləri təqdim etmək lazımdır:
• Şəxsiyyəti təsdiq edən vəsiqə;
• Doğum şəhadətnaməsi (Ümumi təhsili təsdiq edən dövlət sənədini/attestatı almaq üçün yetkinlik yaşına çatmamış şəxsin qanuni nümayəndəsi müraciət edərsə);
• Müvafiq qaydada təsdiqlənmiş etibarnamə (Ümumi təhsili təsdiq edən dövlət sənədini/attestatı almaq üçün maraqlanan şəxsin nümayəndəsi müraciət edərsə);
• Sənədin tezləşdirilmiş qaydada verilməsi halında – tezləşdirilmiş xidmət üçün ödənişi təsdiq edən qəbz.
2023-cü il 20 iyun tarixindən sonra attestatın tezləşdirilmiş qaydada verilməsi halında xidmət üçün vaxt və qiymətlər bu cürdür:
• Ərizə verildikdən 10-cu iş günü – pulsuz;
• Ərizə verildikdən 5-ci iş günü, tezləşdirilmiş xidmətin qiyməti – 25 lari;
• Ərizə verildikdən 3-cü iş günü, tezləşdirilmiş xidmətin qiyməti – 40 lari;
• Ərizə verildikdən 2-ci iş günü, tezləşdirilmiş xidmətin qiyməti – 55 lari;
• Ərizə verilən gün, tezləşdirilmiş xidmətin qiyməti – 65 lari.
Qeyd edək ki, əgər maraqlanan şəxs tədris ilinin sonuna qədər ümumi təhsili təsdiq edən sənədi/attestatı almaq üçün səlahiyyətli xidmətə müraciət etməzsə, ona növbəti ildə ümumi təhsili təsdiq edən dövlət sənədinin dublikatı veriləcək.
Mənbə: etaloni.ge