Qaz təchizatı sistemi olmayan ictimai məktəblər ekoloji odun – briketlə təmin olunacaqlar. Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin rəhbəri Levan Suxitaşvili bildirib ki, 2023-2024-cü tədris ili üçün 436 ümumtəhsil müəssisəsi üçün briket artıq alınıbdır.
Bildirilib ki, agentlik 4,961.6 ton briket alıb. Ekoloji odunun alınması üçün agentlik 7 509 400 lari ödəyib.
Levan Suxitaşvili yaxın günlərdə məktəblərin həmin yanacaqla təmin olunacaqlarını deyib.
“Qazla təmin olunmamış məktəblər briketlə təmin olunacaqlar. Bu, preslənmiş yonqardır, ancaq biz tələb edirik ki, mütləq ağac yonqarı olsun. Briketlər əsasən dağlıq məktəblərə paylanacaq və bu, çox effektivdir”, – deyə L.Suxitaşvili bildirib.
Briket ekoloji baxımdan təmiz yanacaq vasitəsidir. Odun əvəzinə ondan istifadə etmək mümkündür.
Qeyd edək ki, ötən il agentlik 410 məktəbi briketlə təmin etmişdir.
Mənbə: etaloni.ge