Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2024–2025-ci tədris ilinin əvvəlində ali təhsil müəssisələrində təhsil alan qadın tələbələrin ən çoxu – 38 %-i sosial elmlər, biznes və hüquq proqramlarında, ən azı isə – 3 %-i mühəndislik, emal və tikinti sahələri üzrə təhsil alırdı.

 

Statistika xidməti tərəfindən noyabr ayında dərc olunmuş ən son “Gürcüstanda qadın və kişi 2025” adlı hesabatda göstərilən məlumatlara görə, sosial elmlər, biznes və hüquq proqramlarında təhsil alan oğlan tələbələrin də ən çoxu – 33 %-i bu sahələrdə oxuyurdu, ən azı isə – 5 %-i humanitar elmlər və incəsənət proqramlarının tələbələri idi.

 

Daha dəqiq desək, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrində tələbələrin proqramlar üzrə bölgüsü belə idi:

 

• Sosial elmlər, biznes və hüquq – qadın – 38 %, kişi – 33 %;

 

• Səhiyyə və sosial təminat – qadın – 27 %, kişi – 24 %;

 

• Humanitar elmlər və incəsənət – qadın – 13 %, kişi – 5 %;

 

• Elm – qadın – 11 %, kişi – 17 %;

 

• Mühəndislik, emal və tikinti sahələri – qadın – 3 %, kişi – 9 %;

 

• Digər sahələr – qadın – 8 %, kişi – 12 %.

 

Statistika xidməti həmçinin 2024-cü il məzunlarının proqramlar üzrə bölgüsünü dərc edib. Məlumatlar aşağıdakı kimidir:

 

• Sosial elmlər, biznes və hüquq – qadın – 50 %, kişi – 38 %;

 

• Səhiyyə və sosial təminat – qadın 19 %, kişi – 22 %;

 

• Elm – qadın 9 %, kişi – 12 %;

 

• Humanitar elmlər və incəsənət – qadın 9 %, kişi – 3 %;

 

• Mühəndislik, emal və tikinti sahələri – qadın – 2 %, kişi 11 %;

 

• Digər sahələr – qadın – 11 %, kişi – 14 %.

 

Mənbə: edu.aris.ge