Direktor olmaq istəyənlər üçün imtahanlar 2020-ci ildə planlaşdırılmışdır, ancaq Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən “etaloni.ge”yə bildiriblər ki, koronavirus pandemiyasına görə 2020-ci ilin mart ayında anons edilmiş ictimai məktəb direktorlarının sertifikatlaşdırılması mərhələsi epidemioloji vəziyyət düzələnə qədər təxirə salındı. Doğrudur, imtahan vaxtı hələ də məlum deyil, ancaq müəssisədən bildiriblər ki, imtahan 2021-ci ildə keçiriləcək.
Kim məktəb direktoru ola bilər və direktor olmaq istəyənlər bu vəzifəyə təyin olunmaq üçün hansı mərhələlərdən keçməlidirlər?
Ali təhsili, 3 il iş təcrübəsi olan və Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş tələbləri qane edən hər bir Gürcüstan vətəndaşının direktor olmaq hüququ var. İmtahanı uğurla vermək seçim müsabiqəsinə düşməyin əsas şərtidir.
Direktor 6 il müddətinə seçilir. Bir məktəbdə eyni şəxsin direktor təyin olunması yalnız iki dəfə mümkündür.
Direktor yaxud direktor səlahiyyətlərini icra edən qəsdən törədilmiş cinayətə görə mühakimə edilmiş və mühakimə altında olan şəxs olmamalıdır.
Direktor vəzifəsində işləyən şəxsin həmin məktəbdə, eyni zamanda digər maaşlı işdə işləməsi uyğun deyil. İstisna: Gürcüstan qanunvericiliyinə uyğun olaraq, direktorun pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ var.
Direktorun seçilməsi, yaxud direktor səlahiyyətlərini icra edən şəxsin təyin olunması direktor müavini/müavinlərinin səlahiyyətinin vaxtından əvvəl dayandırılmasına səbəb olur.
Direktoru kim və necə seçir?
Qanunvericilikdə qeyd olunduğu kimi, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi açıq müsabiqə əsasında şəffaf, bərabər və ədalətli rəqabət prinsipi ilə ictimai məktəb direktorluğuna namizəd seçir.
İctimai məktəb direktorluğu ilə bağlı müsabiqənin keçirilməsini təmin etmək üçün Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi müsabiqədə iştirak etməyə görə məbləğ təyin edə bilər.
Məktəbin Qəyyumlar Şurası Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən təqdim edilmiş, müsabiqədən keçmiş direktorluğa namizədlərdən siyahı çoxluğu, gizli səsvermə, azad və bərabər seçkilər əsasında direktor seçir.
Direktor müsabiqəsi ilə bağlı mübahisəli aktlar məhkəməyə şikayət olunur və şikayət onların fəaliyyətinin dayandırılmasına səbəb olmur. Əgər direktorluğa namizəd Qəyyumlar Şurasının üzvüdürsə, o, səsvermədə iştirak etmir.
Qəyyumlar Şurası tərəfindən direktorun seçilmə protokolu və seçilmiş şəxsin şəxsiyyət vəsiqəsinin surəti qeydiyyat üçün Təhsilin İdarəsi üzrə Məlumat Sisteminə təqdim olunur. Sistemdə qeydiyyatdan keçdiyi andan direktorun səlahiyyətləri qüvvəyə minir. Təhsilin İdarəsi üzrə Məlumat Sisteminin direktorun qeydiyyatdan keçirilməsi məsələsi ilə bağlı qərarı məhkəməyə şikayət olunur və onun şikayət edilməsi mübahisəli aktın fəaliyyətinin dayandırılmasına səbəb olmur.
Qəyyumlar Şurası seçilmiş direktorla əmək müqaviləsi bağlayır. Müqavilə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təsdiq etdiyi müqavilə şərtlərinə uyğun bağlanır.
Qəyyumlar Şurası tərəfindən ictimai məktəb direktorunun seçim müsabiqəsi qaydasına uyğun olaraq direktorun seçilməməsi/seçilə bilməməsi halında Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi müstəqil səlahiyyəti çərçivəsində direktor təyin edə bilər. Direktorun təyin olunması ilə bağlı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qərarı məhkəməyə şikayət olunur və onun şikayət edilməsi mübahisəli aktın dayandırılmasına səbəb olmur.
Direktorun səlahiyyəti hansı hallarda ləğv olunur?
Direktorun səlahiyyətinin dayandırılması, yaxud direktorun öz səlahiyyətlərini 60 gün ərzində həyata keçirə bilməməsi halında Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri direktorun səlahiyyətlərini icra edən şəxsi azad etmək, yaxud təyin etmək hüququna malikdir.