Gürcüstanın Milli Statistika İdarəsinin yaydığı məlumata əsasən, son üç tədris ilində özəl məktəblərdə şagirdlərin sayı çoxalıb, özəl ümumtəhsil müəssisələrinin sayı isə azalıb.
Məlumatda bildirilir ki, 2020-2021-ci tədris ilində ölkə miqyasında 223 özəl məktəb qeydiyyatdan keçib, şagird sayı isə 59 966 göstərilir.
2021-2022-ci tədris ilində 222 özəl məktəb və 60 063 şagird qeydə alınıb. 2022-2023-cü tədris ilində isə özəl ümumtəhsil müəssisələrinin sayı 216-ya qədər azalıb, şagird sayı isə 63 658-ə qədər artıb.
Qeyd edək ki, bu göstəricilər hər tədris ilinin başlanğıcında hesablanıb.
Mənbə: etaloni.ge