Vətəndaş İnteqrasiyası və Millətlərarası Əlaqələr Mərkəzi 2023-cü ilin direktorların seçim müsabiqəsi haqqında hazırlanmış hesabatda yazır ki, hazırda aparılan məktəb direktoru seçkiləri prosesi ictimai məktəblərin 81,6 %-də faktiki olaraq həyata keçirilməyəcək, yalnız 382 ictimai məktəbdə direktor seçmək üçün real müsabiqə keçirilir.
17 iyulda yayımlanmış “Gürcüstanın ictimai məktəblərində dirketorluğa namizədlər – 2023” bülletenindən bir çox məlumatlar öyrənmək mümkündür.
Sənədə əsasən, məktəb direktorlarının seçimi üçün məktəblərin ümumi sayının yalnız 18,4 %-də real müsabiqə aparılır.
“Şəhərin 478 məktəbindən 45 ictimai məktəbdə direktorluğa namizəd yoxdur. Şəhərin 210 məktəbində yalnız 1 namizəd var, yəni şəhər məktəblərinin 53 %-də rəqabət yoxdur. Kənd, icma və qəsəbənin 1595 məktəbindən 735 məktəbdə direktorluğa namizəd qeydiyyatdan keçməyib. Kənd, icma və qəsəbə dövlət məktəblərinin ümumi sayının tam 10 %-də (1595 dövlət məktəbindən 159 məktəbdə) müsabiqə əsasında məktəb direktoru seçmək üçün real imkan olacaq. Bir müddət direktor səlahiyyətlərinin icraçısı olaraq işləmiş şəxs olan məktəblərdə rəqabət azdır. Güman ki, rəqabətin aşağı olmasına onların indi ikinci müddətə seçilmək imkanlarının olması səbəb olub. Görünür, belə məktəblərdə yeni namizədlər az rəqabətə girirlər” – Vətəndaş İnteqrasiyası və Millətlərarası Əlaqələr Mərkəzinin bülletenində yazılıb.
Təşkilat hesabatında ictimai məktəb direktoru olmaq istəyənlərin sertifikatlaşdırılması üçün aparılan proses haqqında mövcud olan göstəriciləri qeyd edib və bildirib ki, bugünkü göstəricilərlə müsabiqədə 1409 sertifikatlaşdırılmış namizəd iştirak edir. Məktəb direktoru seçiləcək məktəblərin sayı isə 2074-dür.
Müəyyən edilmiş prosedurlara əsasən məktəb direktorluğuna sertifikatlı namizədin müsabiqə ilə müəyyən edilmiş hüququ var. O, direktor olmaq üçün ən azı üç məktəbi seçə bilər. Məktəblər namizəd tərəfindən seçilir. Məktəb direktorluğuna namizəd seçdiyi məktəbləri seçim prioritetlərinə əsasən (birinci, ikinci və üçünçü prioritet) qeyd edir. Bu prosesin analizi əsasında hesabatın müəllifləri nəticəyə gəliblər ki, rəqabət tam istisnadır. Bununla məktəb direktorlarının seçim prosesinin nə dərəcədə real olduğu sual altında qalır.
“Hər üç prioritetli seçimin nəticələrini yekunlaşdırsaq məlum olar ki, 2074 məktəbdən 798 məktəbdə direktorluğa heç bir sertifikatlaşdırılmış namizəd qeydiyyatdan keçməyib (yəni məktəblərin 38,5 %-nin sertifikatlı direktoru olmayacaq). 894 məktəbdə yalnız bir namizəd (məktəblərin ümumi sayının 43,1 %-i) qeydiyyatdan keçib. Bu rəqabəti, seçkilərin mümkün olmasını istisna edir. Bu göstəricidən irəli gələrək, ictimai məktəblərin 81,6 %-də məktəb direktoru seçkiləri prosesi faktiki olaraq həyata keçirilməyəcək və yalnız 382 məktəbdə məktəb direktorlarının seçilməsi üçün real müsabiqə aparılır” – bülletendə yazılıb.
Sertifikatlaşdırma çərçivəsində məktəb direktoru olmaq istəyənlərlə müsahibənin birinci hissəsi artıq baş tutub. 24 iyuldan isə məktəb direktoru olmaq istəyənlərlə müsahibələrə Acarada başlanılmalıdır. Artıq keçirilmiş müsahibələr nəticəsində 27 namizəd komissiyanın təkzib etmək qərarı ilə razılaşmır və məsələni məhkəmədə davam etdirirlər.
Mənbə: edu.aris.ge