Müəllimlər ümumi səhiyyənin hədəf qrupuna daxildirlər və onların paralel olaraq özəl sığorta paketindən də istifadə etmək hüququ var. Buna baxmayaraq, müəllimlər sosial şəbəkədə tez-tez bəzi klinikaların onların lazımi müayinələrini tam maliyyələşdirmədiyini müzakirə edirlər. Bəzisi isə qeyd edir ki, həkim yanına getmək və ambulatoriya xidməti, ümumiyyətlə, maliyyələşdirilmir, hər bir müayinəyə pul ödəyirlər.

 

Hökumətin qərarı ilə müəllimlər ümumi sığortası olan şəxslər siyahısındadırlar və onlar başqa benefisiarlardan fərqli olaraq xüsusi şərtlərdən yararlanırlar.

 

Müəllimlərin sığorta paketində nəsə dəyişibmi? – “Etaloni.ge” bunu yoxlamaq üçün Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinə müraciət edib.

 

Rəsmi məlumata görə, müəllimlər üçün yeganə dəyişən odur ki, onlar analıq məzuniyyəti dövründə dövlət məmurları kimi əməkhaqqının 100 %-ni alacaqlar. 

 

Müəllimlər ümumi sığorta proqramından yararlanmaq üçün ilk növbədə qeydiyyatda olduqları yerə əsasən ambulatoriyaya və ya poliklinikaya müraciət etməlidirlər:

 

Dövlət 100 % maliyyələşdirir:

 

• Ailə və ya kənd həkimi, tibb bacısı xidmətini, lazım gəldiyi halda kompetensiya çərçivəsində evdə xidməti;

 

• Milli təqvimlə nəzərdə tutulmuş profilaktik peyvəndlərlə təmin edilmə;

 

• Sağlamlıq vəziyyəti və risk faktorların qiymətləndirilməsi;

 

• Prevensiya tədbirləri;

 

• Xəstəliklərin diaqnostikası və idarə edilməsi;

 

• Ftiziatrik, psixi və endokrin xəstələrin aşkarlanması və xüsusi müəssisələrə istiqamətləndirilməsi;

 

• Müalicə olunmaz və şəkərli diabet xəstələrinə nəzarət;

 

• Fiziki imkanları məhdud olan şəxslərin sosial ekspertizası, konkret olaraq, fiziki imkanları məhdud şəxslərə status verilməsi üçün yüksək texnoloji müayinələrdən başqa lazımi müayinələr;

 

• Tibbi ehtiyacdan irəli gələrək tibbi arayış, nəticə və reseptlərin verilməsi (işə başlamaqla bağlı, sürücülük vəsiqəsi və silah almağa görə təqdim etmək üçün lazım olan sağlamlıq vəziyyəti haqqında arayışlardan başqa);

 

• Həkimin təyinatı ilə instrumental müayinələr – elektrokardioqrafiya.

 

Həkim təyinatından sonra ambulatoriya kliniki-laboratoriya müayinələri:

 

• Ümumi qan analizi;

 

• Ümumi sidik analizi;

 

• Perifer qanda qlükoza;

 

• Kreatinin;

 

• Hemoqlobin;

 

• Qanda xolesterin;

 

• Serum lipidlərinin müəyyən edilməsi;

 

• Gizli qanaxma ilə bağlı nəcis analizi;

 

• Protrombinin vaxtı (INR);

 

• Ailə və ya kənd həkiminin müraciəti ilə:

 

Həkim-mütəxəssislərin xidməti – endokrinoloq, oftalmoloq, kardioloq, nevroloq, otorinolarinqoloq, ginekoloq, uroloq, cərrahın konsultasiyası.

 

Ambulatoriya şəraitində həkimin təyinatı ilə instrumental müayinələr:

 

• Həzm sisteminin exoskopiyası (transabdominal olaraq);

 

• Sidik-cinsiyyət sistemi və kiçik çanaq boşluğu orqanlarının exoskopiyası (transabdominal olaraq);

 

• Döş qəfəsinin rentgenoskopiyası/rentgenoqrafiyası;

 

• Sümüklərin rentgenoqrafiyası.

 

Kliniki-laboratoriya müayinələri – qaraciyər funksiyaları: ALT, AST, qalxanabənzər vəzin funskiyasının yoxlanması – TSH.

 

Müəyyən edilmiş siyahıya əsasən təxirəsalınmaz ambulatoriya xidməti 100 % maliyyələşdirilir.

 

Təxirəsalınmaz stasionar xidmət limitsizdir və maliyyələşdirilir:

 

• İntensiv terapiya və kritik vəziyyətin idarə edilməsi – 100 %-lik maliyyələşdirmə ilə;

 

• Müəyyən edilmiş siyahıya müvafiq olaraq 450-dən çox təxirəsalınmaz vəziyyət – 100 %-lik maliyyələşdirmə ilə;

 

• Bütün digər təxirəsalınmaz və təcili vəziyyətin idarə edilməsi – 100 %-lik maliyyələşdirmə ilə.

 

Ümumi sığorta səhiyyə proqramı ilə bu kateqoriyadan yararlananlar üçün planlı cərrahiyyə əməliyyatları proqramla maliyyələşdiriləcək pulu nəzərə alaraq 100 %-lik maliyyələşdirilir.

 

İllik limit – 15 000 laridir.

 

• Kardiocərrahiyyə – proqramla maliyyələşdiriləcək məbləğ 100 %;

 

• Onkocərrahiyə – proqramla maliyyələşdiriləcək məbləğ 100 %.

 

Yoluxucu xəstəliklərin idarə edilməsi maliyyələşdirilir:

 

• Yoluxucu xəstəliklər siyahısına görə – 100 %;

 

• Kritik vəziyyətlə/intensiv terapiya – 100 %.

 

Dövət onkoloji xəstəliklərin müalicəsini 100 % maliyyələşdirir:

 

• Kimyaterapiya, hormonoterapiya və şüalanma terapiyası;

 

• Xərçəngə qarşı medikamentlərlə müalicə;

 

• Tibbi göstəricilərə əsasən qeyd olunan prosedurlar arasında lazım olan müayinələr.

 

İllik limit – 25 000 laridir.

 

Doğuş və qeysəriyyə əməliyyatı:

 

Ümumi sağlamlığın müdafiəsi proqramı tibbi xidmət xərclərini sonrakı limitləri nəzərə almaqla əhatə edir:

 

• Fiziki doğuş – 500 lari;

 

• Qeysəriyyə əməliyyatı – 800 lari;

 

• Yüksək riskli hamiləlik, doğuş və stasionar tibbi xidmət – 100 %-lik maiyyələşdirmə ilə.

 

Mənbə: etaloni.ge