Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəz şagirdlər üçün məlumat yayımlayıb. Məlumatda bildirilir ki, hər bir şagirdin öz hüquqlarının pozulmasına görə müraciət etmək hüququ var.

 

“Müraciət vicdanlı olmalıdır və ədalətin bərpasına xidmət göstərməlidir. Səni mütləq dinləyəcəklər! Ədalət bərpa olunacaq.

 

Yadında saxla ki, yalan ittiham vicdansız hərəkətdir və buna görə səndən cavab tələb olunacaq. Hər kəs öz əməlinə görə cavabdehdir.

 

Məktəb şagirdinin müraciəti şagirdin hüququnun valideyn, qayğı göstərən (ailə üzvü), müəllim, digər şagird, mandatur, məktəbin hər hansı əməkdaşı və ya direktorun qanunsuz hərəkəti nəticəsində pozulmasına aid ola bilər.

 

Məsələn, əgər səni fiziki və ya şifahi təhqir ediblərsə, əgər səni alçaldırlarsa, düşünürsənsə ki, ədalətsiz davranırlar və ya səbəbsiz olaraq səni nədəsə günahlandırırlar və s. sənin dəymiş ziyanın tam qarşılanmasını tələb etmək haqqın var.

 

Müraciətin hazırlanması:

 

Şagirdin müraciəti müstəqil, yaxud valideyn/qəyyum (ailə üzvü) ilə birlikdə təqdim etmək hüququ var. Müraciətdə ərizə yazanın kimliyi və ünvanı, hansı hüququn pozulduğu, ərizəçinin nəyi tələb etməsi yazılmazsa qəbul olunmayacaq.

 

Əgər şagirdin məktəb direktoruna etirazı varsa, müraciət məktəbin Qəyyumlar Şurasına təqdim olunmalıdır.

 

Qalan məsələlərlə bağlı müraciət məktəb direktoruna təqdim olunmalıdır. Sənin müraciətinin müzakirə edilməsi üçün onun qeydiyyatdan keçirilməsi mütləqdir.

 

Hazırlanmış müraciəti əl ilə kağızda yaza və ya elektron çap edə bilərsiniz. Sonra məktəbin işlərini idarə edən şəxsin yanında qeydiyyatdan keçirə bilərsiniz. Məktəbin işlərini idarə edən sizə müraciətin qeydiyyat nömrəsini və tarixi verməlidir.

 

Yaxud müraciəti elektron olaraq hazırlamalı və şəxsi – XXXX@students.gov.ge – elektron poçtundan məktəbin elektron poçt ünvanına göndərə bilərsiniz. Məktəbin elektron poçt ünvanını məktəbin kataloqunda – “catalog.emis.ge/main” ünvanında tapa bilərsiniz. Hər hansı müraciətin müzakirəsi zamanı şagirdi və sinif yoldaşlarını, müraciətlə əlaqədar başqa şəxsləri dinləyəcəklər, sübutlar əldə edəcəklər. Müraciət 1 ay ərzində müzakirə olunacaq.

 

Müəllimə qarşı etirazı məktəbin Nizam-İntizam Komitəsi müzakirə edəcək.

 

Məktəbin başqa əməkdaşına qarşı etirazı direktor və ya Nizam-İntizam Komitəsi müzakirə edəcək.

 

Məktəbin hər hansı şagirdinə və ya şagirdin valideyninə qarşı etirazı direktor, yaxud Nizam-İntizam Komitəsi müzakirə edəcək.

 

Direktora qarşı etirazı məktəbin Qəyyumlar Şurası və ya Nizam-İntizam Komitəsi müzakirə edəcək. Direktora qarşı etiraza əsas ola bilər: direktorun qərarı, direktorun hərəkəti və ya hərəkətsizliyi”,  – mərkəz tərəfindən yayımlanmış məlumatda qeyd olunub.

Mənbə: etaloni.ge