Gürcüstanın Milli Statistika Xidməti məktəbəqədər ictimai təhsil müəssisələrinin müəllim və uşaq sayınının statistikasını yayımlayıb.

 

Xidmətin məlumatına görə, 2022-2023-cü tədris ilinin başlanğıcında Gürcüstanda 1 668 uşaq bağçası, 148 658 uşaq, 16 991 dayə-pedaqoq, müəllim, müəllim köməkçisi, inklüziv təhsil üzrə xüsusi müəllim olub. Qeyd edək ki, ötən tədris ili ilə müqayisədə 200-dən çox bağça müəllimi işini tərk edib.

 

Bağçaların sayına görə İmereti, müəllimlərin sayına görə isə Tbilisi liderlik edir.

 

2022-2023-cü tədris ilinin statistikasına əsasən, bölgələrə görə göstəricilər isə cədvəldəki kimidir: