2023-2024-cü tədris ilində özəl və ictimai məktəblərin 8041 şagirdinin statusu dayandırılıb. 3223 şagirdin isə statusu ləğv edilib. Bu barədə 11 noyabrda Gürcüstanın Milli Statistika Xidmətinin yayımladığı “Gürcüstanda qadın və kişi 2025” adlı son hesabatda qeyd olunur.

 

Statistika Xidmətinin göstəricilərinə görə, statusu dayandırılmış 8041 şagirddən 3585-i qız, 4456-sı oğlandır. Statusu ləğv olunan 3223 şagirddən isə 2106-sı oğlan, 1117-si isə qız olub.

 

Hesabata əsasən, I–XII siniflər üzrə məlumatlar göstərir ki, statusun dayandırılması ən çox – 1196 halda X sinif şagirdləri arasında qeydə alınıb. Onlardan 436-sı qız, 760-ı isə oğlan olub.

 

Siniflər üzrə statusu ləğv olunanların statistikasında da analoji mənzərə müşahidə olunur – 2023–2024-cü ildə statusu ləğv edilən şagirdlər arasında ən çox X sinif şagirdləri üstünlük təşkil edir. Belə şagirdlərin sayı 2472 nəfər olub ki, onların 777-si qız, 1695-i isə oğlan olub.

 

Mənbə: edu.aris.ge