Təhsil Koalisiyasının təşəbbüsü ilə keçirilən Milli Müəllim Mükafatının onluğu müəyyən edilib. Onluğa düşən müəllimlərdən biri oktyabrın 5-də – Beynəlxalq Müəllimlər Günündə Milli Müəllim Mükafatının sahibi olacaq. Qalib müəllimə şirkətin baş sponsoru olan Qudavadze-Patarkatsişvili Fondu tərəfindən 15000 lari pul mükafatı veriləcək. Onluğun digər üzvlərini “Liberti” bank mükafatlandıracaq.

 

2024-cü ilin Milli Müəllim Mükafatının on ən yaxşı müəllimi bunlar seçilib:

 

• Nukri Karkadze – Bağdati 1 saylı ictimai məktəbin və Rokiti ictimai məktəbinin musiqi müəllimi;

 

• Giorgi Liparişvili – Tbilisi 6-cı Müəllif Məktəbinin, Minilliklər Məktəbinin, Beynəlxalq Gürcü Məktəbinin tətbiqi və təsviri incəsənət, gürcü dili və ədəbiyyatı müəllimi;

 

• Nana Marğania – Bağdati bələdiyyəsinin Vartsixi ictimai məktəbinin mən və cəmiyyət, bizim Gürcüstan və vətəndaş təhsili fənləri üzrə müəllimi;

 

• İnqa Mosiaşvili – İlia Çavçavadze adına Saçxere 2 saylı ictimai məktəbin biologiya, təbiətşünaslıq və musiqi müəllimi;

 

• Natia Narsavidze – Dmanisi 3 saylı ictimai məktəbin ingilis dili müəllimi;

 

• Natia Napetvaridze – Tbilisi 161 saylı ictimai məktəbin gürcü dili və ədəbiyyatı müəllimi;

 

• Dimitri Popovi – Qurcaani bələdiyyəsinin Qurcaani kənd ictimai məktəbinin riyaziyyat və kompüter texnologiyaları müəllimi;

 

• Natia Uçava – Tbilisi 126 saylı ictimai məktəbin ibtidai sinif, gürcü dili və ədəbiyyatı, riyaziyyat, tətbiqi və təsviri incəsənət, təbiətşünaslıq müəllimi;

 

• Sopio Kuxilava – Mestiya bələdiyyəsinin Dzvirmi kənd ictimai məktəbinin ingilis dili müəllimi;

 

• Nino Şuxoşvili – Gürcüstan Patriarxlığının Müqəddəs İlia Martali adına Kvareli Gimnaziyasının coğrafiya, vətəndaşlıq və bizim Gürcüstan fənləri üzrə müəllimi.

 

Müsabiqənin baş sponsoru Qudavadze-Patarkatsişvili Fondu, qızıl sponsoru “Liberti” bank və İlia Dövlət Universitetidir. Dəstəkçilər: EPAM Georgia, Konsultasiya və Təlim Mərkəzi (ctc), “Alte” Universiteti, İctimai televiziya.

 

Milli Müəllim Mükafatı 2017-ci ilin 13 mayında təsis edilib. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 8-ci dəfə həyata keçrilir və müəllimlik peşəsinin populyarlaşdırılmasına yönəlmiş qlobal – “The Global Teacher Prize” şirkətinin bir hissəsidir.

 

Mənbə: edu.aris.ge