400-dən çox müəllimə status verilib.
YENİYOL.GE “etaloni.ge”-yə istinadən xəbər verir ki, statusun verilməsi sxeminə 52297 pedaqoq cəlb olunub ki, onların da 3863 nəfəri statussuzdur.
“285 baş müəllimə və 142 xüsusi baş müəllimə status verildi, “axtaran” (“maciebeli”) proqramına daxil olan akademik kursu 56 “axtaran” müəllim müvəffəqiyyətlə başa vurdu, həmçinin “axtaran” müəllim proqramına əlavə olaraq 39 nəfər qoşuldu, məktəb direktorları, “axtaran” müəllimlər və tutorlarla iki məlumatlandırıcı görüş keçirildi.
Müəllimlərin karyera irəliləyişi və statusun verilməsi sxemi çərçivəsində dövlət məktəblərinin 52297 müəllimi bölüşdürülüb, o cümlədən: praktikos/“axtaran”/statussuz – 3863 (7,4 %), baş müəllim – 38776 (74,1 %), aparıcı müəllim – 8842 (16,9 %), mentor müəllim – 816 (1,6 %).
Həmçinin sxem çərçivəsində dövlət məktəblərinin 2375 xüsusi müəllimi bölüşdürülüb, o cümlədən: statussuz – 130 (5,5 %) müəllim, baş müəllim – 2235 (94,1 %), aparıcı müəllim – 10 (0.4 %)”, – deyə sənəddə qeyd olunur.