2022-2023-cü tədris ilində 90 ictimai məktəbdə təhsil prosesi birinci sinif şagirdləri olmadan başlayıb. Bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyindən məlumat verilib.

 

Məlumata görə, dağlıq bölgələrdə şagird sayının azalmasına baxmayaraq məktəblər fəaliyyətlərini davam etdirəcəklər.

 

“Təhsilin İdarəsi üzrə Məlumat Sistemində olan göstəricilərə istinadən bildiririk ki, Gürcüstanda 2022-ci ilin 9 sentyabrına olan vəziyyətə görə, 90 məktəbin birinci sinif şagirdi yoxdur.

Gürcüstanın bölgələrində əhalinin miqrasiyasına görə, əsasən dağlıq statusu olan məntəqələrdə bəzi ictimai məktəb şagirdləri kontingentinin azalmasına baxmayaraq, nazirlik ümumi təhsilə coğrafi əlçatanlığı təmin etmək məqsədilə bu günə qədər kiçik kontingentli ictimai məktəbləri saxlayır. Bu, məntəqədə məktəbyaşlı uşaqların sayının artması tendensiyası başa çatana qədər belə olacaq. Bu yanaşma dağlıq bölgələrə əhalinin qayıtması və yerində məskunlaşmasına dəstək olacaq”, - nazirliyin verdiyi məlumatda qeyd olunub.

 

Qeyd edək ki, 2022-2023-cü tədris ilində ölkə miqyasında məktəblərdə 55 717 birinci sinif şagirdi təhsilə başlayacaq.

Mənbə: etaloni.ge