Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz 2023-cü ilin imtahanlarının ümumi statistikasını yayımlayıb.

 

Qeydiyyatdan keçmiş 45 000-dən artıq abituriyentdən 94 %-ə yaxını imtahanda iştirak edib.

 

Müəllim və müəllim olmaq istəyənlər üçün fənn imtahanına qeydiyyatdan keçmiş 18 500-ə yaxın aplikantın 82 %-dən çoxu imtahanda iştirak edib. Tələbələrin qrant müsabiqəsinə qeydiyyatdan keçmiş 3000-dən artıq tələbədən isə 75 %-dən çoxu imtahanda iştirak edib.

 

2023-cü ildə bütün Gürcüstan miqyasında ümumilikdə 24 imtahan mərkəzi fəaliyyət göstərib.

 

İmtahanların nəticələri mərhələli şəkildə yayımlanacaq və bundan sonra aplikantlar öz nəticələrini şikayət edə biləcəklər.

 

Abituriyentlər nəzərə almalıdılar ki, apelyasiyanın nəticələrinin yayımlanmasının növbəti günü də daxil olmaqla, istəyə uyğun olaraq, təhsil proqramlarını dəyişə bilərlər.

 

Qeyd edək ki, 2023-cü ilin imtahanları iyulun 3-də başlayıb, iyulun 28-də ümumi magistratura imtahanı ilə başa çatıb.

 

Mənbə: etaloni.ge