Parlamentin Təhsil, Elm və Gənclərin işi üzrə Komitəsi 3 oktyabrda “Gürcüstanın 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirə edib.

 

Layihəyə əsasən, 2025-ci ildə Təhsil, Elm və Gənclər Nazirliyi üçün nəzərdə tutulmuş maliyyə 2 milyard 885 milyon lari təşkil edəcək. Bu, 2024-cü ildə qurum üçün ayrılmış vəsaitdən 377 milyon lari çoxdur.

 

Nəzərdə tutulmuş məbləğ əsasən sonrakı proqramların həyata keçirilməsinə yönləndirilib:

 

Məktəbəqədər və ümumi təhsil üçün – 1808,3 milyon lari. Bu ötən il təsdiqlənmiş məbləğ ilə müqayisədə 233,3 milyon lari çoxdur. Həmin məbləğ çərçivəsində cari ilin iyulundan ictimai məktəb müəllimlərinin artırılmış əməkhaqqının bütün il ərzində maliyyələşdirilməsi də nəzərdə tutulub.

 

Proqram çərçivəsində ictimai məktəblərin kompüter texnikası və laboratoriyalarla təchiz edilməsi üçün 70,0 milyon lari nəzərdə tutulub. Həmçinin mandatur və ictimai məktəblərin inzibati-texniki heyətinin əməkhaqqının artırılması da proqrama daxildir.

 

Peşə təhsili üçün – 144 milyon lari.

 

Ali təhsil üçün – 171,3 milyon lari.

 

Alimlərə və elmi araşdırmalara dəstək üçün – 86,1 milyon lari.

 

İnklüziv təhsil üçün – 79,5 milyon lari.

 

İnfrastrukturun inkişafı üçün – 490 milyon lari. Həmçinin ümumtəhsil müəssisələri infrastrukturunun inkişafı üçün – 395 milyon laridən çox (Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin büdcəsində nəzərdə tutulmuş məbləğ ilə yanaşı 561 milyon laridən artıq ayrılıb).

 

Peşə təhsili müəssisələri infrastrukturunun inkişafı üçün – 66 milyon lari (Həmçinin “Peşə təhsili I (KFW) proqramı və daha yaxşı işlə təmin etmə sektorunun inkişaf proqramı üçün müasir bacarıqlar layihəsi çərçivəsində (ADB) müəyyən edilmiş vəsaitlər).

 

Ali təhsil və elmi müəssisələrin infrastrukturunun inkişafı üçün – 15 milyon lari.

 

Gənclərə dəstək üçün – 13,3 milyon lari vəsair ayrılıb.

 

“Təhsil və elm istiqamətində maliyyələşdirmə 370 milyon laridən çox artırılıb, bunun çərçivəsində ictimai məktəblərin maliyyələşdirilməsinə əlavə 200 milyon lari yönləndiriləcək ki, cari ilin iyulundan müəllimlərin artırılmış əməkhaqlarını tam əhatə edəcək.

 

İctimai məktəblərin inzibati heyətinin və mandaturun əməkhaqqının 10 % artırılması nəzərdə tutulub. İctimai məktəblərin tikinti və bərpası üçün 560 milyon laridən çox, uşaq bağçalarının tikinti və bərpası üçün isə 180 milyon laridən çox məbləğ ayrılıb. Bundan əlavə, bələdiyyələrin artırılmış gəlirləri çərçivəsində uşaq bağçası əməkdaşlarının əməkhaqqının artırılması mümkün olacaq” – büdcə layihəsində qeyd olunub.

 

Məsələ ilə bağlı Təhsil Komitəsinin iclasında maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze çıxış edib və deputatlar onu dəstəkləyiblər.

 

“Biz həmişə iqtisadiyyatın nə qədər artdğını müqayisə edirik və maliyyələşdirmə elə həyata keçirilir, lakin bir qayda olaraq, təhsil və səhiyyə iqtisadi artımdan daha çox resurs sərf olunan iki qurumdur. Həmçinin məktəbəqədər və ümumi təhsil üçün 1 milyard 808 milyon lari nəzərdə tutulub, 233 milyon lari artırılıb və bu məbləğin böyük qismi bu il iyuldan artırılmış əməkhaqlarının maliyyələşdirilməsinə sərf olunacaq. Bildiyiniz kimi, ilin ortasında kifayət qədər böyük artım oldu, buna görə də qismən əvvəlki dövrə bölünmüşdür. Gələn il isə tam maliyyələşdirmə, eləcə də gələn il məktəbin inzibati-texniki heyətinin, mandaturların əməkhaqqının artırılması nəzərdə tutulub.

 

...Məktəblərin tibbi heyətinin əməkhaqları da artırılacaq. Əlbəttə, bir dəfəyə 500 və ya 600 larilik artım olmayacaq, mərhələli şəkildə artırılacaq. Bizim bu siyasətimiz yalnız birillik deyil və daimidir, artım siyasəti bağçalarda olduğu kimi, hər il olacaq” – maliyyə nazirinin birinci müavini bildirib.

 

2025-ci ilin büdcəsinin ilkin versiyasının müzakirəsi parlamentin sahə komitələrində davam etdiriləcək. Orada qeyd olunan təklif və ya fikirləri nəzərə almaqla hökumət parlamentə 2025-ci il büdcəsinin yekun  versiyasını dekabrda təqdim edəcək. Gələn ilin büdcəsini artıq yeni çağırış parlamenti təsdiq edəcək.

 

Mənbə: edu.aris.ge