Avropa ölkələrinin əksəriyyətində ingilisdilli proqramdan fərqli olaraq ana dilində təhsil pulsuzdur. Təhsil almaq və yaşamaq üçün ən əlçatan Avropa ölkəsi isə Çexiya və Slovakiyadır. Təhsil haqqı ixtisasdan asıldır, bir qayda olaraq ən bahalı ixtisas tibbdir.

 

Ölkələrə gəldikdə isə göstəricilər aşağıdakı kimidir:

 

Slovakiya. Ən cəlbedici ölkələrdən biridir. Çünki ali təhsilin dəyəri ildə 700-dən 5000 avroya qədərdir və bu, universitetlərə görə fərqlənir. Ümumi yataqxananın qiyməti isə ayda 45-dən 100 avroya qədərdir.

 

Çexiya. Çexiyada ali təhsil ucuzdur – rübdə 740 avrodan başlayır. Bundan əlavə, fərqlənən tələbələr üçün xüsusi loyallıq proqramları və təqaüdlər var. Ali təhsil müəssisələrinin kampuslarında isə pulsuz ümumi yataqxana var. Çex dilində təhsil almaq pulsuzdur. Çexiya Respubikasında ümumi yataqxanada qalmaq 200 avroya başa gəlir, yemək və nəqliyyat isə təxminən ayda 500 avro tutur.

 

Polşa. Təhsil haqqı ildə 1100 avrodan 5500 avroya qədər dəyişir. İngilis dilində təhsil almaq ildə 1800 avrodan başlayır. Polyak dilini C1 səviyyəsində bilənlər pulsuz təhsil üçün ərizə verə bilərlər.

 

Litva. Bakalavr dərəcəsi üzrə təhsil almaq ildə 1300-5500 avroya başa gəlir. Magistraturanın qiyməti 2300 avrodan başlayır. Ancaq ingilis dilində tibb və ya stomatologiyanın öyrənilməsi ildə təxminən 10 min avroya başa gələ bilər.

 

Bolqarıstan. Qiymətlər ixtisasdan asılıdır. Bolqarıstan universitetində bir il təhsil almağın dəyəri təxminən belədir:

 

• Humanitar və sosial elmlər: 1000-dən 5000 avroya qədər;

 

• İqtisadi, texniki və təbiətşünaslıq elmləri: 2000-dən 6000 avroya qədər;

 

• Tibb: 5000 avro və daha artıq.

 

Ancaq Bolqarıstanda yaşamaq xərcləri digər Avropa ölkələrindən daha aşağıdır. Xarici tələbəyə ümumi yataqxana təxminən 150-dən 400 avroya qədər, yemək 120-dən 200 avroya qədər başa gəlir. İctimai nəqliyyatın tələbələr üçün tarifi 15-25 avrodur.

 

Sloveniya. Təhsil haqqı seçilmiş universitet və peşənin prestijliyindən asılıdır. Dövlət universitetlərindəki təhsil haqqı özəl universitetlərdən çox fərqlənmir:

 

• Bakalavr təhsili – 1500-3000 avro;

 

• Magistratura təhsili – 2200-3000 avro;

 

• Doktorantura təhsili – 2500-3000 avro.

 

Estoniya. Estoniyada təhsil qonşu Latviya və Litvadan daha bahadır – ildə 4947-5936 dollardır. Ancaq yerli universitetlər bacarıqlı aplikantlara qrantlar və büdcəyə uyğun yerlər təklif edirlər.

 

Ərizə təqdim edərkən hesabınızda minimum 5936 dollar olmalıdır. Estoniya universitetlərinin bütün xarici məzunlarının ölkədə iş tapmaq üçün 9 ay müddəti var.

 

Avstriya. Dövlət universitetlərində təhsil haqqı rübdə təxminən 726 avrodur. Yataqxana xərcləri daha yüksəkdir. Kirayə 500 avrodan başlayır, yemək və sığorta isə ayda 500-600 avro təşkil edir.

 

Almaniya. Almaniyada təhsil tam pulsuz deyil. Hər rübdə hər tələbə “həmrəylik vergisi” verir. Bu vergi tələbə güzəştlərindən faydalanmaq hüququ verir: ümumi yataqxanada yaşamaq, kitabxanadan istifadə etmək, tələbələr üçün idman zallarından və ictimai nəqliyyatdan istifadə etmək. Bunlar hamısı mühüm endirimlə. Vergi rübdə şəhər və universitetlərə əsasən 200-dən 500 avroya qədərdir.

 

Ümumi yataqxana ayda 200 avrodan başlayır. Ancaq yaşamaq xərcləri Çexiyadan və Slovakiyadan daha yüksəkdir. Sığorta ayda 90 avrodur. Özəl ali təhsil müəssisəsində təhsil almaq rübdə 4900 avrodan başlayır.

 

İtaliya. İtaliyada ali təhsilin qiyməti orta olaraq bir il ərzində 2500 avro təşkil edir. Bundan əlavə, ölkədə fərqləndirici təhsil üçün təqaüd də verilir.

 

Fransa. Fransada ali təhsil kifayət qədər əlçatandır. Xüsusilə dövlət universitetlərində belədir, çünki təhsil dövlət tərəfindən mühüm dərəcədə subsidləşdirilir, həmçinin xarici tələbələr üçün də.

 

Avropa İttifaqı vətəndaşları üçün bakalavr təhsili ildə təxminən 170 avrodur, magistratura təhsili isə təxminən 243 avrodur.

 

Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları üçün (2019-cu ildən) isə dövlət universitetlərində bakalavr təhsili ildə təxminən 2770 avrodur, magistratura təhsili isə təxminən 3770 avrodur. Ancaq çox universitetdə (xüsusilə yükək reputasiyası olan müəssisələrdə) təhsil haqqını azaltmaq və ya tam təqaüd almaq mümkündür. Ancaq belə universitetlərdə təhsil haqqı da çox yüksək olur – ildə 6000-15000 avro və ya daha artıq. Tələbələr isə əksər hallarda təqaüdlə, yaxud yarı qrantla maliyyəşdirilirlər.

 

İspaniya. İspaniyada dövlət universitetlərində təhsil haqqı ildə 700-dən 2500 avroya, özəl universitetlərdə isə 15000 avroya qədərdir. Yataqxana xərcləri təxminən ayda 900-1200 avrodur.

 

İsveç və İsveçrə. Təhsil baxımından prestijli ölkələrdir. Ancaq təhsil haqqı da yüksəkdir: proqramların dəyəri 8000-dən 25000 avroya qədər dəyişir. Yataqxana qiyməti isə 1000 avrodan, yaşamaq xərcləri isə ayda 1500 avrodan başlayır.

 

Mənbə: etaloni.ge