Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin məlumatına görə, 2023-cü ilin vahid milli imtahanlarında 128 440 nəticədən 4292 (3,34 %) şikayət olunub.
Ümumilikdə 1498 nəticədə dəyişiklik edilib, 1473 işə bal artırılıb, 25 nəticədə isə bal azaldılıb.
Bu il abituriyentlər ən çox gürcü dili və ədəbiyyatı imtahanı, ən az isə fransız dili imtahanının nəticələrini şikayət ediblər.
Digər fənlərə gəldikdə isə şikayət edilmiş nəticələrin sayı aşağıdakı kimidir:
• Gürcü dili və ədəbiyyatı – 1588;
• Tarix – 796;
• İngilis dili – 754;
• Riyaziyyat – 510;
• Biologiya – 228;
• Vətəndaş təhsili – 114
• Kimya – 60;
• Ədəbiyyat – 52;
• Ümumi qabiliyyət (Azərbaycan dilində) – 41;
• Fizika – 40;
• Ümumi qabiliyyət (erməni dilində) – 37;
• Coğrafiya – 29;
• Alman dili – 19;
• Rus dili – 15;
• İncəsənət – 7;
• Fransız dili – 2.
Mənbə: edu.aris.ge