Layihə konkret problemin həlli üçün planlaşdırılan və müəyyən vaxt ərzində həyata keçirilən işlərdir.
Layihənin məqsədi rəngarəng ola bilər, ancaq müəllim tərəfindən planlaşdırılmış layihə mütləq milli təhsil məqsədlərinə, milli tədris planına uyğun olmalıdır.
Layihənin məqsədini seçdikdən sonra ad düşünmək lazımdır. Yaxşı olar ki, başlıq qısa olsun və layihənin məzmununu ifadə etsin.
Hansı mövzularda layihə planlaşdıra bilərik və layihə üzərində işləyən zaman nəyi nəzərə almalıyıq? Aşağıda müəllimlər üçün 12 layihə ideyası təqdim edirik:
• Sağlam həyat tərzinə dəstək olmaq;
• Həmyaşıdlar arasında zorakılığın qarşısının alınması;
• Ətraf mühitin mühafizəsi;
• Şagirdlər tərəfindən insan hüquqlarının müdafiəsi;
• Şagirdlərdə yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaq;
• Məktəb infrastrukturunun qaydaya salınması;
• Yeniyetmələr arasında bulinqə qarşı yönəlmiş təşəbbüslər;
• Valideynlərin məktəb həyatında iştirakını artırmaq;
• Şagirdlər üçün maarifləndirmənin inkişafı;
• Yuxarı sinif şagirdləri üçün peşə seçiminə dəstək olmaq;
• Erkən evliliyin qarşısının alınması;
• Məktəbdə dəqiq və təbiət elmlərinin gücləndirilməsi.
Bunlardan əlavə, başqa istiqamətlərdə də layihə planlaşdıra bilərsiniz. Əsas odur ki, layihənin mövzusu milli tədris planına uyğun olsun və məqsəd dəqiq olsun, layihə həyata keçirildikdən sonra problem qismən və ya tam olaraq həllini tapsın.
Məlumat üçün qeyd edək ki, əgər layihəni ictimai məlumatlandırma məqsədi ilə planlaşdırırsınızsa mütləq layihədən əvvəl, ya layihə başa çatdıqdan sonra sorğu keçirməlisiniz.
Mənbə: etaloni.ge