Milli Müəllim Mükafatının 5 finalçısının adı açıqlanıb. Onlardan biri oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü Milli Müəllim Mükafatının sahibi olaraq Qudavadze-Patarkatsişvili Fondu tərəfindən 15 000 lari ilə mükafatlandırılacaq.

 

2023-cü ilin Milli Müəllim Mükafatının finalçılarını müsabiqənin təşkilatçıları və dəstəkçiləri elan ediblər. Finalçılar arasında Marneulidən olan gənc müəllim Kamran Əfəndiyev də var.

 

Milli Müəllim Müküfatının beşliyinə daxil olan iştirakçılar bunlardır:

 

Kamran Əfəndiyev – Marneuli bələdiyyəsinin Mollaoğlu və Tsopi kənd icitmai məktəbinin gürcü dili ikinci dil kimi fənni üzrə müəllim.

 

İna İmedaşvili – Tbilisi UG məktəbinin ibtidai sinif, gürcü dili və ədəbiyyatı müəllimi.

 

Marine Kvaratsxelia –Akademik Eqnate Pipia adına Tsalencixa bələdiyyəsinin Çkvaleri icmasının ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi.

 

Nino Psuturi – Qori 8 saylı ictimai məktəbin biologiya müəllimi.

 

Nino Niparişvili – Kaspi bələdiyyəsinin “Besik Niparişvili” MMC Çoxşaxəli Məktəb – Gimnaziyasının mən və vətəndaş, vətəndaşlıq və vətəndaş təhsili müəllimi.

 

Qeyd edək ki, Milli Müəllim Mükafatı Təhsil Koalisiyası, Təhsil və Elm Nazirliyi və Müəllimlərin Peşə İnkişafı üzrə Milli Mərkəz arasında bağlanmış memorandum əsasında 2017-ci ilin 13 mayında təsis edilib.

 

Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 7-ci dəfə həyata keçirilir və bu, müəllim peşəsinin populyarlaşdırılmasına istiqamətlənmiş qlobal kampaniya – “The Global Teacher Prize”ın bir hissəsidir.

Mənbə: edu.aris.ge