2025-ci ilin müəllimlər üçün fənn imtahanlarının keçid balları aşağıdakı kimidir:

 

Gürcü dili və ədəbiyyatı (baza və ya orta pillə); coğrafiya (baza və ya orta pillə); tarix (baza və ya orta pillə); biologiya (baza və ya orta pillə); kimya (baza və ya orta pillə); fizika (baza və ya orta pillə); riyaziyyat (baza və ya orta pillə); xarici dillər (ibtidai, baza, yaxud orta pillə); vətəndaş təhsili (baza və ya orta pillə); gürcü dili (qeyri-gürcüdilli məktəblər/bölmələr üçün) (ibtidai, baza, yaxud orta pillə); təsviri və tətbiqi incəsənət, musiqi, idman, təbiətşünaslıq (ibtidai pillə); gürcü dili və ədəbiyyatı (ibtidai pillə); riyaziyyat (ibtidai pillə); gürcü dili və ədəbiyyatı, riyaziyyat, təbiətşünaslıq (I-IV siniflər); Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər); rus dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər); erməni dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər); informasiya və kommunikasiya texnologiyaları/kompüter texnologiyaları, erməni dili və Azərbaycan dili imtahanında aplikant fənn imtahanından uğurla keçmiş hesab olunmaq üçün maksimum balın 60 %-dən artığını toplamalıdır. Konkret olaraq:

 

• Gürcü dili və ədəbiyyatı (baza və ya orta pillə) – 43 bal və daha artıq;

• Riyaziyyat (baza və ya orta pillə) – 25 bal və daha artıq;

• Coğrafiya (baza və ya orta pillə) – 34 bal və daha artıq;

• Biologiya (baza və ya orta pillə) – 37 bal və daha artıq;

• Kimya (baza və ya orta pillə) – 37 bal və daha artıq;

• Fizika (baza və ya orta pillə) – 37  bal və daha artıq;

• Tarix (baza və ya orta pillə) – 34 bal və daha artıq;

• Vətəndaş təhsili (baza və ya orta pillə) – 34 bal və daha artıq;

• Xarici dillər (ibtidai, baza və ya orta pillə) – 55 bal və daha artıq;

• Gürcü dili (qeyri-gürcüdilli məktəblər/bölmələr üçün) (ibtidai, baza və ya orta pillə) – 52 bal və daha artıq;

• Tətbiqi və təsviri incəsənət – 37 bal və daha artıq;

• Musiqi – 43 bal və daha artıq;

• İdman – 43 bal və daha artıq;

• Gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər) – 40 bal və daha artıq;

• Erməni dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər) – 40 bal və daha artıq;

• Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər) – 40 bal və daha artıq;

• Rus dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər) – 40 bal və daha artıq;

• Gürcü dili və ədəbiyyatı (ibtidai pillə) – 32 bal və daha artıq;

• Təbiətşünaslıq (ibtidai pillə) – 32 bal və daha artıq;

• Riyaziyyat (ibtidai pillə) – 32 bal və daha artıq;

• İnformasiya və kommunikasiya texnologiyaları/kompüter texnologiyaları – 43 bal və daha artıq;

• Erməni dili – 43 bal və daha artıq;

• Azərbaycan dili – 43 bal və daha artıq.

 

Gürcü dili və ədəbiyyatı, riyaziyyat, təbiətşünaslıq (I-IV siniflər); erməni dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər); Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər); rus dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər); təbiətşünaslıq (ibtidai pillə); gürcü dili və ədəbiyyatı (ibtidai pillə); riyaziyyat (ibtidai pillə); xarici dillər (ibtidai, baza və ya orta pillə); gürcü dili (qeyri-gürcüdilli məktəblər/bölmələr üçün) (ibtidai, baza və ya orta pillə) – testlər bir neçə hissədən ibarətdir. Aplikant imtahandan keçmək üçün bu qərarın birinci bəndi ilə tətbiq edilmiş keçidlə (60 %-dən artıq) yanaşı testin hər bir hissəsinin keçidini aşağıda qeyd edilmiş prinsipə uyğun olaraq aşmalıdır. Konkret olaraq:

 

• Gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər); erməni dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər); Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər); rus dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər) – müəllimlər üçün test iki hissədən ibarətdir. Buradan bir hissədə – akademik bacarıqlar hissəsində müəllim maksimum balın (akademik bacarıqlar hissəsində maksimum bal – 14) 40 %-dən artığını (yəni 6 bal və ya daha artıq) toplamalıdır.

 

• Təbiətşünaslıq (ibtidai pillə); gürcü dili və ədəbiyyatı (ibtidai pillə); riyaziyyat (ibtidai pillə) – testi iki hissədən ibarətdir. Buradan bir hissədə – akademik bacarıqlar hissəsində müəllim maksimum balın (akademik bacarıqlar hissəsində maksimum bal – 14) 40 %-dən artığını (yəni 6 bal və ya daha artıq) toplamalıdır.

 

• Xarici dillər imtahanı dörd hissəyə bölünür. Buradan 4 hissədə – nitq, yazı, oxu və dinləmə hissələrində aplikant maksimum balın üçdə birini və ya daha artığını toplamalıdır. Konkret olaraq, nitq hissəsində maksimum bal 16 bal – keçid balı 6 bal və ya daha artıq; yazı hissəsində maksimum bal 22 – keçid 8 bal və daha artıq; dinləmə hissəsində maksimum bal 16 – keçid 6 bal və daha artıq; oxu hissəsində maksimum bal 36, keçid isə 12 bal və ya daha artıq müəyyən edilib.

 

• Gürcü dili (qeyri-gürcüdilli məktəblər/bölmələr üçün) (ibtidai, baza və ya orta pillə) beş hissəyə bölünür. Testin hər bir hissəsi üçün daxili keçid balının 40 %-dən artığı müəyyən edilib, konkret olaraq, dinləmə hissəsində maksimum bal 9 – keçid balı isə 4 bal və daha artıq; oxu hissəsində maksimum bal 25 – keçid balı isə 11 və daha artıq; yazı hissəsində ən yüksək bal 20 – keçid isə 9 bal və daha artıq; peşə bilikləri bölməsində maksimum bal 20 – keçid balı isə 9 bal və ondan yuxarı hesab olunur; nitq hissəsində isə maksmimum bal 11 – keçid balı isə 5 və daha artıq müəyyən edilib.

 

• İnformasiya və kommunikasiya texnologiyaları/kompüter texnologiyaları testi 2 hissədən ibarətdir – peşə bilgisi (yazılı) və praktiki bacarıqlar (təcrübə). Testin hər bir hissəsində aplikant maksimum balın 40 %-ni (yəni 14 və daha artıq) toplamalıdır.

 

2025-ci ilin baza peşə bacarıqları imtahan testinin maksimum balı 45 baldır. İmtahan vaxtı isə 4 saatdır. Baza peşə bacarıqlarını uğurla vermək testin maksimum balının ən azı 40 %-ni toplamağı (18 bal və daha artıq) nəzərdə tutur.

 

Xüsusi baş müəllim testinin ən yüksək balı 54 baldır. İmtahan vaxtı 4 saatdır. Aplikant ən yüksək balın 60 %-dən artığını (33 və daha artıq) toplayarsa keçidi aşmış hesab olunur.

 

Mənbə: edu.aris.ge