2026-cı ildə dövlət universitetlərinin bakalavr proqramlarına qəbul olunan tələbələrin sayı ötən illə müqayisədə 10 % azalıb.
YENİYOL.GE “edu.ari.ge”-yə istinadən xəbər verir ki, dövlət tərəfindən maliyyələşdirilən ali təhsil müəssisələrinə 2026-cı ildə 17862 tələbə, 2025-ci ildə 19853 tələbə qəbul olunub.
Lakin bakalavr səviyyəsinə qəbul olunan tələbələrin ümumi sayı ötən illə müqayisədə yalnız 1,68 % azalıb – 2025-ci ildə 29987 tələbə, 2026-cı ildə isə 29481 tələbə qəbul olunub.
Özəl universitetlərə gəldikdə isə, cari ildə ötən illə müqayisədə özəl ali məktəblərin bakalavr proqramlarına 14,66 % çox tələbə qəbul olunub.
Özəl ali təhsil müəssisələri:
2026-cı il: 11619 tələbə;
2025-ci il: 10134 tələbə.
Qeyd edək ki, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin məlumatına görə, gürcü dilində hazırlıq proqramının məlumatları müqayisədə iştirak etmir.