Gürcüstanın Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş sənəd 2025-ci ilin I-VI ayını əhatə edir. Sənəddə neçə müəllimin baş, aparıcı, mentor statusu olduğu göstərilir.

 

Bildirilir ki, “Müəllim və direktor peşəsinin tənzimlənməsi” proqramı çərçivəsində hesabat dövründə 167 müəllimə baş müəllim, 47 müəllimə xüsusi müəllim statusu verilib. Eləcə də əlavə 63 nəfər “axtaran” müəllim proqramına qoşulub, 144 nəfər “axtaran” müəllim proqramına qoşulan şəxs akademik kursu uğurla başa vurub. “Axtaran” müəllim proqramı ilə əlaqədar məktəb direktorları, “axtaran” müəllimlər və tutorlarla beş məlumatlandırıcı görüş keçirilib.

 

Hesabat dövründə ictimai məktəblərin 52083 müəllimi sxem çərçivəsində bölünüb. Onlardan 4491-i (8,6 %) təcrübəçi/“axtaran”/statussuz, 37880-ni (72,7 %) baş, 8890-nı (17,1 %) aparıcı, 822-si (1,6 %) mentordur. Eləcə də sxem çərçivəsində ictimai məktəblərin 2351 xüsusi müəllimi qeyd olunub. Onlardan 634-ü (27 %) təcrübəçi/statussuz, 1707-si (72,6 %) baş, 10-u (0,4 %) aparıcıdır.

 

Mənbə: etaloni.ge