Müəllimlərin peşə və karyera inkişafı sxeminin yaradılmasından sonra pedaqoqların əməkhaqqı status əlavəsinə görə artıb. Sxem 2015-ci ildə yaradılıb və o zaman bütün sertifikatı olmayan müəllimlərə təcrübəçi (praktikos) statusu verildi. 2015-ci ilə qədər ümumi qabiliyyət və fənn imtahanını uğurla verənlər isə baş müəllim statusu qazandı.
Sxemin yaradılmasından sonra pedaqoqların əməkhaqqı statuslara görə dəyişdi. Bu, müəllimlər üçün karyeralarını inkişaf etdirmək üçün bir növ motivasiya idi.
2015-ci ildə sxemlə müəyyən edilmiş müvafiq status əlavəsinin tam miqdarı belə idi:
• Baş müəllim üçün – 160 lari;
• Aparıcı müəllim üçün – 250 lari;
• Mentor müəllim üçün – 300 lari.
2017-ci ildən müəllimlərin əməkhaqqı artırılmağa başladı. Baş müəllimin əlavəsi 320 lari, aparıcı müəllimin 500 lari, mentor müəllimin isə 700 lari oldu.
2018-ci ilin 1 fevralından statusa bağlı olan əlavə yalnız aparıcı və mentor müəllimlər üçün artırıldı. Aparıcı müəllimin əlavəsi 500 lari əvəzinə 700 lari, mentor müəllimin əlavəsi isə 700 lari əvəzinə 1000 lari oldu.
2019-cu ilin sentyabrından baş, aparıcı və mentor statusu olan bütün müəllimlərin status əlavəsi 150 lari artdı. Baş müəllim üçün əlavə 470 lari, aparıcı müəllim üçün 850 lari, mentor müəllim üçün isə 1150 lari oldu.
Əməkhaqqının artırılması 2020-ci ildə də davam etdirilməli idi və müəllimlər sentyabrdan əlavə 150 lari almalı idilər. Ancaq onların əməkhaqlarının artırılması 2021-ci ilə qədər təxirə salındı. Əlavə isə 150 lari deyil 100 lari artırıldı.
2021-ci ilin 1 yanvarından baş müəllimin əlavəsi 570 lari, aparıcı müəllimin 950 lari, mentor statusu olan müəllimin əlavəsi isə 1250 lari oldu.
Təhsil və Elm Nazirliyi müəllimlərin əməkhaqlarının artırılması vədini mərhələli şəkildə olsa da yerinə yetirdi. 2015-ci ildən 2022-ci ilə qədər müəllim statusunun əlavəsi demək olar 4 dəfə artırılıb.
Sertifikatı olan müəllimlər 2022-ci ilin yanvarından artırılmış əməkhaqqı alacaqlar. Status əlavəsinin tam miqdarı isə belədir:
• Baş müəllim üçün – 670 lari;
• Aparıcı müəllim üçün – 1050 lari;
• Mentor müəllim üçün – 1350 lari.
Dörd il əvvəl baş nazir Mamuka Baxtadze pedaqoqlara vəd verdi ki, 2022-ci ildə müəllimlərin orta əməkhaqqı 1500 lari olacaq. Mentor müəllimin maaşı isə 2000 lari və daha artıq olacaqdı. 2022-ci il gəldi, pedaqoqların əməkhaqqı həqiqətən də artdı, ancaq qeyd olunduğu qədər deyil. Vəd yerinə yetirilmədi. Müəllimlərin orta əməkhaqqı 1000 laridir, mentor statusu ola müəllimlərin isə 1500 lari.
Mənbə: etaloni.ge