Bildiyimiz kimi, ölkədə təhsil distant qaydada başlayır. Bəs məktəblərdə fəaliyyət göstərən idman və incəsənət dərnəkləri necə?
Məsələ ilə bağlı Əmək Müfəttişliyindən “etaloni.ge”yə bildirilib ki, pandemiya ilə bağlı tənzimləmələr eyni qaydada idman və incəsənət dərnəklərinə də aiddir. Fərqi yoxdur, dərnək istər məktəb binasında, istərsə də başqa yerdə fəaliyyət göstərsin, sanksiyalar başqa sektorlarda olduğu kimi burada da eynidir.
“İdman və incəsənət dərnəyi məktəb binasındadır və ya başqa yerdə, bu barədə sərəncamda məhdudiyyət yazılmayıb. Verilmiş tövsiyələr bütün dərnəklər üçündür, dərnəyin harada fəaliyyət göstərməsinin heç bir fərqi yoxdur. Əsas odur ki, virusun qarşısının alınması üçün hazırlanmış qaydalara riayət edilsin. Sanksiyalar bu halda da eynidir – fiziki şəxslər üçün 2000 lari, hüquqi şəxlsər üçün 10 000 lari, ciddi qayda pozuntusu qeydə alınarsa fəaliyyətin tam dayandırılması nəzərdə tutulur”, - deyə qurumdan bildiriblər.
Məşq və digər yaradıcılıq fəaliyyətləri üçün mövcud olan tövsiyələr isə bunlardır:
• Məşq üçün iş qrafikini elə təyin edin ki, müxtəlif işçi qruplarının üzvləri bir-biri ilə təmasda olmasınlar;
• Məşq qrafikini növbələrə əsasən təyin edin;
•İmkan daxilində, bir növbədə 10 (on) nəfərdən artıq adam nəzərdə tutmayın;
• Əgər yaradcılıq kollektivinin məşqi üçün 10 nəfərdən artıq şəxs lazım olarsa, hər iştirakçının məşq məkanında 5 m2 sahəyə buraxılmasını, yaxud iştirakçılar arasında ən azı 2 metrlik təhlükəsiz məsafə saxlanmasını təmin edin.
• Elə edin ki, məşq 2 saatdan çox davam etməsin;
• Növbələr arasında ən azı 1 - 1,5 saat ara verin;
• Orkestr/komanda/müğənnilər ansamblının səhnəyə yerləşdirilməsi halında 2 metrlik məsafə/yaxud komandanın distansiyanı qorumaqla yerləşdirilməsi nəzərə alınmalıdır;
• Geyim və qrim otaqlarında aktyorlar üçün mebeli elə yerləşdirin ki, təhlükəsiz məsafə qorunsun;
• Məşq, konsert və tamaşalar zamanı istifadə olunan rekvizitlərin sayını maksimum dərəcədə azaldın;
• Bir qrim ləvazimatından bir aktyorun istifadə etməsini təmin edin;
• Birdən artıq aktyorun bir kostyumdan və digər xüsusi geyimlərdən istifadə etməsini qadağan edin. Əks halda onları dezinfeksiya edin;
• Konsert, tamaşa, yaxud məşq işləri başa çatdıqdan sonra, təhlükəsizlik məqsədi ilə istifadə olunan rekvizitin, alətin, mikrofonun, səs aparatları/pult və ya başqa texniki, yaxud yaradıcılıq işi üçün mühüm olan vasitələrin lazımi qaydada dezinfeksiyasını həyata keçirin; Məkanın təbii havalandırılması mümkün deyilsə, bayırdan gələn havanın dövriyyəsi və bayıra ötürülməsi ilə sünii havalandırmanın düzgün işləməsini təmin edin.
Mənbə: etaloni.ge