24 iyunda Parlamentin Təhsil, Elm və Gənclərin İşi üzrə Komitəsinin iclasında birinci oxunuşda, sürətləndirilmiş qaydada “Ümumi təhsil haqqında” qanundakı dəyişikliklər müzakirə olunub.

 

İclasda aydın olub ki, Təhsil, Elm və Gənclər Nazirliyinin mühüm təşkilatlarından biri ləğv olunur.

 

Təhsil, Elm və Gənclərin İşi üzrə Komitənin sədri Givi Mikanadzenin sözlərinə görə, 2025-ci ilin 1 sentyabrından Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyi ləğv olunacaq və onun səlahiyyətləri müvafiq nazirliklərə bölünəcək.

 

“Təhsil müəssisələrinin tikintisi və bərpası prosesində vahid yanaşmanın təmin olunması məqsədilə Gürcüstan hökuməti agentliyin səlahiyyətlərini qəbul edəcək uyğun qurumları müəyyən etməli və onlara aid hüquqları ötürməlidir”, – deyə Givi Mikanadze bildirib.

 

Komitə sədri qeyd edib ki, bu qanunvericilik dəyişikliyi mövcud layihələrin icrasına heç bir problem yaratmayacaq.

 

Mənbə: edu.aris.ge