Müəllimlərin karyera inkişafının yeni sxeminə əsasən, təcrübəçi (praktikos) statusu artıq yoxdur; baş, aparıcı, mentor müəllim statusları var. Ancaq faktdır ki, qeyri-gürcüdilli məktəblərdə təcrübəçi statusu olan müəllimlər illərdir işləyirlər və 2025-ci ildə də öz statuslarını artırmaq üçün imtahan vermək imkanları var idi.
Kompetensiyasını uğurla təsdiq edənlərə, təbii ki, baş müəllim statusu veriləcək. Amma əgər təcrübəçi müəllim keçidi aşmaq üçün vacib olan balı toplaya bilməzsə, nə olacaq? Məktəbin bu cür müəllimlərlə müqaviləni dayandırmaq hüququ varmı?
Qeyd olunan məsələ ilə bağlı karyera inkişafı sxemində bildirilir ki, “qeyri-gürcüdilli məktəblərin/sektorların təcrübəçi müəllimləri 2025-2026-cı tədris ilinin sonuna qədər təcrübəçi müəllim statusunu saxlayacaqlar”.
Təcrübəçi statuslu müəllimlər peşə bacarıqları ilə bağlı uzunmüddətli təlim kursu keçə bilərlər ki, nəticədə onlara baş müəllim statusu veriləcək.
“2025-2026-cı tədris ilinin sonuna qədər qeyri-gürcüdilli məktəblərin/sektorların təcrübəçi müəllimləri Müəllimlərin Peşə İnkişafı üzrə Milli Mərkəzin və ya Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin, yaxud ali təhsil müəssisəsi tərəfindən təşkil edilmiş gürcü dili kursunu keçərsə (və ya keçibsə), ya da gürcü dilini bildiyini təsdiq edən sənəd təqdim edərsə, fənn imtahanından alınmış nəticələri nəzərə almaqla onlara 1, 4, 7 və 10 kredit bal, həmçinin peşə bacarıqları ilə bağlı uzunmüddətli təlim kursları keçmək hüququ veriləcək. Kursu uğurla başa vurduğu halda baş müəllim statusu alacaq.
Eyni zamanda rusdilli məktəblərdə/sektorlarda rus dilini, eləcə də ana dili və ədəbiyyatı tədris edən, rus dili xarici dil kimi imtahanını qismən və ya tam vermiş müəllimlərə baş müəllim statusu veriləcək.
Bundan əlavə, 2022-ci ilin 1 yanvarına qədər fənn və peşə kompetensiyasını minimum 1 kreditlə təsdiq etmiş müəllimlərə baş müəllim statusu veriləcək. 2022-ci ilin 1 yanvarına qədər fənn kompetensiyasını 10 kreditlə təsdiq etmiş müəllimlərə də baş müəllim statusu veriləcək.
2026-cı ilin 1 yanvarına qədər qeyri-gürcüdilli ümumtəhsil müəssisələrində/sektorlarda işləyən, 2026-cı ilin 1 yanvarına qədər fənn kompetensiyasını 10 kreditlə təsdiq etmiş pedaqoqlara baş müəllim statusu veriləcək.
İmtahanda qazanılmış nəticələr aşağıdakı kimi hesablanır:
|
Fənn imtahanı testinin maksimal balı faizlə |
Kredit bal |
|
60-dan yuxarı |
10 |
|
50-dən 60-a qədər |
7 |
|
40-dan 50-yə qədər |
4 |
|
30-dan 40-a qədər |
1 |