Gürcüstan Parlamenti ümumi və ali təhsil istiqamətində dəyişiklikləri üçüncü dinləmədə rəsmiləşdirib.
Məktəblər üçün sonrakı dəyişikliklər təsdiqlənib:
• Gürcüstanda ümumi təhsil ən az 11 il və ən çox 12 il olacaq. Ümumi təhsilin yenə üç pilləsi olacaq: ibtidai, baza və orta pillə.
• 15 sentyabra qədər 6 yaşı tamam olan uşaqlar birinci sinfə qeydiyyat oluna biləcəklər.
• Ümumi təhsilin ibtidai pilləsində şagirdlərə məktəbli forması geyinmək məcburidir.
• Dərsliyin qrifləşdirilməsi qaydası ləğv olunur. Çünki nazirlik dərslikləri özü hazırlayacaq, onun nəşrini təmin edəcək və şagirdlərin pulsuz, müvəqqəti istifadəsi üçün məktəblərə verəcək.
Ali təhsil istiqamətində sonrakı dəyişikliklər təsdiqlənib:
• “Ali təhsil haqqında” Gürcüstan qanunundan müəllimin hazırlanmasının inteqrasiya edilmiş bakalavr-magistratura tədris proqramı çıxarılacaq. Bunun məqsədi müəllimin hazırlıq sisteminin optimizasiyası, tələbə istiqamətlənmiş təhsil modellərinin gücləndirilməsidir.
• Dövlət tərəfindən təsis edilmiş universitetlərin reorqanizasiya proseslərinin hüquqi aydınlığı və reorqanizasiya prosesinin effektiv, şəffaf həyata keçirilməsi təmin ediləcək.
Akademik heyətin siyahısına aparıcı professor vəzifəsi əlavə olunacaq. Eləcə də qeyd olunan vəzifəyə sahib şəxsin akademik şuraya üzv olması və dekanın seçilməsi prosesində iştirak etmək hüquqları tənzimlənəcək.
Mənbə: etaloni.ge