Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ildə Gürcüstanda 122 peşə təhsili müəssisəsi fəaliyyət göstərib. Onlardan 75-i ictimai, 47-si özəl olub. 2024-cü ildə peşə təhsili müəssisələrinə 17,1 min tələbə qəbul olub. Onlardan 49,7 faizi qadın, 50,3 faizi kişidir.

 

2023-cü illə müqayisədə tələbələrin qəbul göstəricisi 10,3 faiz artıb.

 

Regionlara əsasən, qəbul olmuş tələbələrin sayına görə Tbilisi şəhəri (36,4 %), Acara (18,6 %), İmereti (11,9 %), Kvemo Kartli (10,1 %), Sameqrelo-Zemo Svaneti (8,9 %) və Kaxeti (4,8 %) liderlik edir.

 

2024-cü ildə peşə təhsili proqramlarına xüsusi ehtiyacı olan 257 tələbə qəbul olub. Onlardan 31,1 faizi qadın, 68,9 faizi isə kişidir.

 

 

Mənbə: edu.aris.ge