Audit Xidmətinin müəllimlərin kompetensiyasının və imtahanların aşağı nəticəsi ilə bağlı təqdim etdiyi tədqiqatı bu gün də müzakirə olunur. Müəllimlərin imtahan nəticələri niyə pisləşib? – Bu məsələ barədə Müəllimlər Evinin direktor müavini Manana Ratiani danışıb:

 

“Nəticələr niyə pisləşib? – Bu suala cavab vemrək üçün 2010-cu ildən bu günə qədər olan vəziyyəti nəzərdən keçirməliyik. 2010-cu ildə müəllimlər üçün fənn və ümumi qabiliyyət üzrə ilk sertifikat imtahanları başlayanda nəticə daha yüksək və keçid də 60 faiz idi. Sonra yavaş-yavaş müəllimlərin göstəriciləri azaldı. Çünki kim özünü ixtisaslı hesab edirdi birinci illərdə qorxmadı və imtahana girdi. Sonrakı illərdə isə artıq azalma görürük. Bu, təbii və gözlənilən idi.

 

Bizim mərkəz müəllimlərin peşə inkişafının qayğısına qalmalıdır. Ancaq universitet təhsilini təlimlə əvəz etmək təsəvvüredilməzdir. Eyni zamanda, müşahidə edirik, müəyyən edilmiş həddi keçə bilməyən müəllimlərin əvəzinə məktəbə kim girməlidir. Onları daha yaxşı kadrlarla əvəz edə biləcəyikmi.

 

Sistemə kim daxil olur və haradan daxil olur? – Açıq qapı siyasətimiz olanda kim işsiz idi və ərinmirdi hamısı müəllim oldu. Bu, əlbəttə, problemdir. Çünki müvafiq təhsilləri yox idi, ancaq müəllim olaraq kim gələcək və onların məktəb səviyyəsində, yaxud akademik dəstəyi necə olacaq, əhəmiyyətli olan budur.

 

8 600 müəllimdən kim imtahanı verə bilməyəcək onların yerinə vakansiya elan olunacaq və onları kim əvəz edəcək – ilk növbədə bu universitet kadrları olacaq. “Axtaran” proqramı bunu təmin edir. Bakalavr və maqistratura proqramlarından başqa 60 kreditlik proqram da mövcuddur. Gənclərə yol açılmalıdır və məktəbə girməlidirlər. Çünki 60 kreditlik imtahan veriblər, metodologiyanı da öyrəniblər və layiqli kadr olacaqlar.

 

Bu ildən müəllimlər üçün imtahana girmək məcburi olacaq. Bu, məktəbdə olan göstəriciləri dəyişəcək. 2010-cu ildən bu günə qədər öz ixtisasını təsdiqləməyənlərin yerinə vakansiya elan olunacaq və yeni müəllimlər üçün məktəbdə işləmək imkanı yaradılacaq. Təbii ki, onlara da dəstək lazımdır. Çünki sinfə daxil olursa onu prosesdə tək qoymaq olmaz. İkinci odur ki, məktəbdə kim olacaqsa hamının yaxşı ya pis, az ya çox dərəcədə ixtisası təsdiqlənəcək, hamının hansısa formada təsdiqlənmiş ixtisası olacaq və bu, artıq irəli atılmış addımdır.

 

Həmçinin, biz araşdırma apardıq, müəllimlərin ehtiyaclarını öyrəndik, onların fikirlərini nəzərə aldıq və yeni təlim modulları hazırladıq. Təlim modul müəllimin ehtiyacına cavab verirsə, deməli effektivdir, yoxsa ki, müəllim bir neçə illik akademik təhsilin verdiyi ixtisası təlimlə əldə edə bilməz.

 

Qeyd edilməlidir ki, 2015-ci ildə müəllimlərin 75 faizi təcrübəçi səviyyəsində idi. Bu il həmin göstərici 14 faizdir və onların bir qismi ixtisasını təsdiq edəcək, bir qismi isə məktəbi tərk edəcək.

 

Qiymətləndirmə prosesi kənara çıxdı. Müəllimlərin məktəbdə nə etdiyi onların peşə standartlarına görə qiymətləndiriləcək. Aşağı keçid olmasına baxmayaraq, müəllimlərin irəli addım atması asan olmayacaq və ola bilsin, əvvəlki sxemə nisbətən daha da çətinləşəcək.

 

Deyəndə ki, bu müəllim mentordur, yaxud aparıcıdır, sual yaranmamalıdır ki, onun şagirdləri məktəbdə necə oxuyurlar.

 

Bundan əlavə, hesab edirəm ki, katedralar formal olmamalıdır. Əgər məktəbdə peşə dialoqu baş tutmursa, etiraf edək ki, 6 saatlıq təlim modul buna həqiqətən kömək edə bilməyəcək. Məktəb daha çox müstəqil, özünə əmin, peşəkar adamlardan ibarət olan, müəllimlərin şagirdlərin qayğısına qaldığı bir institut olmalıdır.

 

Mənbə: etaloni.ge