Müəllimlərin peşə və karyera inkişafı sxeminə əsasən, təcrübəçi (praktikos) müəllimlərin 2021-2022-ci tədris ili başlayana qədər müəllim statusunu qaldırmaq imkanı var. Qeyri-gürcüdilli məktblərin/sektorların təcrübəçi müəllimləri və xüsusi statusu olan təcrübəçi müəllimlər istisnadır.

 

Sərəncama əsasən, qeyri-gürcüdilli məktəblərin/sektorların təcrübəçi müəllimləri 2022-2023-cü tədris ilinin sonuna qədər təcrübəçi müəllim statusunu saxlayır.

 

2023-cü ilə qədər qeyri-gürcüdilli ümumtəhsil müəssisələrinin/sektorlarının təcrübəçi müəllimləri sonrakı şərtləri qane edərsə baş müəllim statusu qazanacaqlar:

 

a) 2020-2021-ci tədris ili başlayana qədər fənn kompetensiyasını və peşə kompetensiyasını 10 kredit balla təsdiqləmiş olsalar. Əgər fənn və peşə kompetensiyasını 7 kredit balla təsdiqləyərsə müəllimin qalan kredit balları təlimlər vasitəsilə doldurmaq və 19 kredit bal toplamaq hüququ var;

 

b) Müllimlərin Milli Peşəkar İnkişaf Mərkəzinin, yaxud Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbinin və ya ali təhsil müəssisəsi tərəfindən təşkil edilmiş gürcü dili kursunu keçərsə (yaxud artıq keçibsə). Və ya gürcü dili biliyini təsdiq edən sənəd təqdim edərsə, həmçinin fənn kompetensiyasını qismən təsdiqləyərsə (1,4,7 yaxud 10 kredit balla). Ona peşə qabiliyyəti ilə bağlı uzunmüddətli kurs keçmək hüququ verilir. Kursu uğurla başa vurduqda isə baş müəllim statusu verilir.

 

Rusdilli məktəblərdə/sektorlarda rus dili dərsini ana dili və ədəbiyyat kimi keçən, peşə qabiliyyəti, yaxud rus dili xarici dil kimi imtahanını vermiş və ya kompetensiyasını qismən tədiqləmiş, 19 kredit bal toplamış, həmçinin 2023-cü ilə qədər toplayacaq müəllimlərə baş müəllim statusu verilir.

 

Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi qeyri-gürcüdilli ümumtəhsil müəssisələrinin/sektorların müəllimlərinin ana dilində fənn kompetensiyasını təsdiqləməsi məqsədi ilə 2022-ci ildən qiymətləndirmənin həyata keçirilməsini təmin edəcək.

 

Təcrübəçi xüsusi müəllim kompetensiyasını təsdiqləmək məqsədi ilə 2023-cü ilin 1 yanvarına qədər Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq imtahanı verməlidir. İmtahanı uğurla verdiyi halda təcrübəçi xüsusi müəllimə baş xüsusi müəllim statusu verilir.

 

Mənbə: etaloni.ge