Təhsil və Elm Komitəsi qanunvericilik toplusu yayımlayıb. Burada Gürcüstanın ümumtəhsil, ali təhsil və təhsil keyfiyyətinin inkişafı haqqında qanunlarda edilmiş dəyişikliklərin məqsədi açıqlanıb.
Sənəddə qeyd olunub ki, təhsil keyfiyyəti və ona bərabər əlçatanlığın yaxşılaşdırılması üçün Gürcüstanda ümumtəhsil müəssisələrinin avtorizasiyası mütləqdir.
Avtorizasiya dövlət tərəfindən təhsil keyfiyyətinin qiymətləndirilməsi alətidir. Qanunvericilikdə edilmiş dəyişikliklərin məqsədi Gürcüstanda qüvvədə olan bütün ümumtəhsil müəssisələrində təhsil keyfiyyətinin yaxşılaşdırılmasıdır. Qanunda həyata keçirilmiş dəyişikliklər nəticəsində 2026-2027-ci tədris ilinə qədər Gürcüstanda olan bütün məktəblər avtorizasiyadan keçəcək. Avtorizasiya prosesi Gürcüstanda olan 2086 ictimai və 222 özəl məktəbə, 624 500 şagird və 62 981 müəllimə aiddir.
Qanunda edilmiş dəyişikliklər nəticəsində:
• Təhsil keyfiyyətinin sürətli, məzmuna istiqamətlənmiş, müasir avtorizasiya alətinin formalaşdırılması olacaq;
• Dövlətin dəstəyi ilə bütün ümumtəhsil müəssisələri keyfiyyətli təhsil üçün lazımi, dövlət tərəfindən müəyyən edilmiş standartları qane edəcək;
• Avtorizasiya prosesinin şəffaflıq və etibarlılıq səviyyəsi artacaq;
• Məktəblərin institusional inkişafa istiqamətlənmiş yanaşması yaxşılaşdırılacaq;
• Məktəb şagirdlərin inkişafı məqsədi ilə həyata keçirilmiş fəaliyyətlərlə qiymətləndiriləcək, buna uyğun olaraq şagirdlərə dəstək olan proqramlar/layihələr artacaq;
• Məktəbin fiziki, eləcə də sosial mühiti və təhsil metodologiyası yaxşılaşdırılacaq.
Avtorizasiyadan keçmək prosesində yalnız infrastruktur məsələləri deyil, həm də məktəbin inkişafı, məktəbin missiyası, məqsədi də qiymətləndiriləcək. Müəllimin, məktəb administrasiyası əməkdaşlarının və şagird hüquqlarının müdafiəsi məsələlərinə xüsusi diqqət yetiriləcək. Eləcə də fənn səviyyəsində məktəb kurikulumlarının keyfiyyəti qiymətləndiriləcək.
Məktəbin təhsil fəaliyyəti hüququ qazanması üçün:
• Təhsil proqramları şagirdlərin maraqlarına və məktəb icmasının ehtiyaclarına uyğun olmalıdır;
• Məktəb infrastrukturunu inkişaf etdirməlidir;
• Şagirdlərə dəstək olmağa istiqamətlənmiş layihələr hazırlanmalıdır;
• Məktəbin missiyası, məqsəd və baxışı formalaşdırılmalıdır.
Məktəblərə daha çox seçim azadlığı verilir. Yalnız dövlət tərəfindən qriflənmiş dərsliklərdən istifadə əvəzinə məktəblərdə rəngarəng dərsliklərdən istifadə etmək şəraiti və seçim azadlığı yaranacaq. Bunun üçün təkcə nazirliyi məlumatlandırmaq lazım olacaq.
Mənbə: etaloni.ge