Baş nazir Giorgi Qaxarianın sərəncamına əsasən, “Gürcüstanda COVID-19 peyvəndinin tətbiq edilməsi ilə bağlı milli plan təsdiqlənib”.
Sənəddə qeyd olunub ki, ilkin mərhələdə səhiyyə işçiləri, ikinci və üçüncü mərhələdə isə uşaq bağçaları və məktəb müəllimləri peyvənd olunacaqlar. Sənədə əsasən, peyvənd prosesində 4-cü sinfə qədər olan şagirdlərə dərs deyən müəllimlərə üstünlük veriləcək.
“Əhalinin sağlamlığının qorunması, təhlükəsizliyi və təhsil prosesinin idarə edilməsi üçün əsas xidmətlərin fəaliyyət göstərməsi zəruridir. I mərhələdə aparılan peyvəndləmə sayəsində səhiyyə sistemindəki işçilərin xəstəlik yükünü aradan qaldırmaq mümkün olacaqdır. Digər əsas xidmətlərə qoşulmuş heyət isə II və III fazalarda əhatə olunacaq”, - sənəddə qeyd olunub.
Əsas xidmətlərə aiddir:
• Daxili İşlər Nazirliyinin ön xətt heyəti (Fövqəladə Halların İdarəsi Xidməti);
• Müdafiə Nazirliyi (ordu);
• Uzaq məsafəli nəqliyyat operatorları (sürücülər, dəniz/hava/dəmir yolu nəqliyyatı ilə əlaqəli şəxslər);
• Aptek işçiləri;
• Uşaq bağçaları və ümumtəhsil müəssisələrinin müəllimləri, işçi heyəti;
• İctimai nəqliyyat əməkdaşları (sürücülər, konduktorlar, nəzarətçilər);
• Taksi və “marşrutka” sürücüləri.
Mənbə: etaloni.ge