Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin yaydığı məlumata əsasən, Beynəlxalq Təhsil Mərkəzi və Peşə Bacarıqları Agentliyi ayrı ad altında fəaliyyət göstərməyəcək.
Məlumatda bildirilib ki, Təhsil, Elm və Gənclər Nazirliyində yenidən qurma işləri çərçivəsində qurumun fəaliyyətinin effektivliyini artırmaq məqsədi ilə bir neçə struktur dəyişikliyi həyata keçirilib. Nazirliyin mərkəzi aparatına daxil olan Gənclər Departamentinin funksiyalarını Gənclər Agentliyi həyata keçirəcək.
Beynəlxalq Təhsil Mərkəzi və Peşə Bacarıqları Agentliyi ayrıca qurum olaraq fəaliyyət göstərməyəcək və nazirliyin mərkəzi aparatında fəaliyyətini davam etdirəcək.
İnlüziv təhsil istiqamətində də yeniliklər var. Belə ki, valideynlər və məktəb ictimaiyyəti nümayəndələrinin tələbi əsasında nazirliyin qərarı ilə nazirliyin mərkəzi aparatında yeni struktur vahidi – Strateji və İnklüziv İnkişaf Departamenti yaradılıb.
Xatırladaq ki, 2025-ci ilin 1 sentyabrından Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyinin də fəaliyyəti dayandırılıb.
Mənbə: etaloni.ge