2025-ci ilin Milli Müəllim Mükafatının 5 finalçısının adı elan olunub. Onlardan biri 30 sentyabrda Milli Müəllim Mükafatının sahibi olacaq. Qalibə müsabiqənin baş sponsoru – Qudavadze-Patarkatsişvili Fondu tərəfindən 15000 lari veriləcək. Finalçıları isə 2025-ci ilin Milli Müəllim Mükafatının əsas dəstəkçisi olan Gürcüstan Bankı mükafatlandıracaq.

 

2025-ci ilin Milli Müəllim Mükafatının 5 finalçısı bunlardır:

 

Elene Betlemişvili – Qori 3 və 8 saylı ictimai məktəbin ibtidai sinif müəllimi;

 

Nestan Kublaşvili – Tbilisi 172 saylı ictimai məktəbin gürcü dili və ədəbiyyatı müəllimi;

 

Maia Lapiaşvili – Dedoplistkaro 1 saylı ictimai məktəbin coğrafiya və vətəndaş təhsili müəllimi;

 

Şalva Mindadze – Tbilisi 70 saylı ictimai məktəbin tarix müəllimi;

 

Janna Xaçaturyan – İlia Çavçavadze adına Axalkalaki 3 saylı ictimai məktəbin mən və cəmiyyət, vətəndaş təhsili və vətəndaşlıq fənni üzrə müəllim.

 

Qeyd edək ki, bu il Milli Müəllim Mükafatı müsabiqəsinə 142 müəllim qoşulub.

 

Milli Müəllim Mükafatı 2017-ci ilin 13 mayında təsis edilib. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 9-cu dəfə həyata keçrilir və müəllimlik peşəsinin populyarlaşdırılmasına yönəlmiş – “The Global Teacher Prize” şirkətinin bir hissəsidir.

 

Müsabiqənin baş sponsoru Qudavadze-Patarkatsişvili Fondu, qızıl sponsoru İlia Dövlət Universitetidir. Dəstəkçilər: Gürcüstan Bankı, EPAM Georgia, “Alte” Universiteti, Konsultasiya və Təlim Mərkəzi (CTC).

 

Mənbə: edu.aris.ge