Erkən/uşaq yaşlarında nikah yenidən mühüm problem olaraq qalmaqdadır. Xalq Müdafiəçisinin 2023-cü il parlament hesabatında bildirilir ki, erkən evliliklə yanaşı, azyaşlı qızların nişanlandırılması da uşaq hüquqlarını pozan problemlərdən biri olaraq qalmaqdadır.

 

“Araşdırılmış uşaq nikahı/nişanlandırılması hallarına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin Təhsil Müəssisələri və Qayğıgöstərmə Agentliyi arasında ünsiyyət, yönləndirmə mexanizminin işləməsi yenidən problemdir. Məsuliyyət daşıyan qurumların hələ də uşaq nikahı/nişanlandırılması halları üzərində işləmək üçün rəhbər qaydaları yoxdur. Eləcə də uşaq yaşlarında nikahın qarşısının alınması üçün vahid ünsiyyət strategiyası yoxdur. Nəticədə bir çox işlərdə müvafiq olmayan reaksiya, mövcud müdafiə və yardım mexanizminin effektsiz istifadə halları məlum olur” – sənəddə qeyd olunub.

 

Milli Səhiyyə Agentliyinin məlumatına görə, 2023-cü ildə 679 azyaşlı hamilə, 409 azyaşlı valideyn kimi qeydə alınıb. Həmçinin 2023-cü ildə evlilik məqsədi ilə 38 nəfər azyaşlı məktəbi tərk edib. Uşaq yaşlarında evliliyə görə qızlar əksər hallarda təhsili yarımçıq qoyurlar.

 

“Qeyd etmək lazımdır ki, Daxili İşlər Nazirliyində azyaşlı ilə nikah məqsədilə törədilmiş 152 cinayətlə bağlı istintaqa başlanılıb. Prokurorluğun göstəricilərinə görə, azyaşlı ilə nikah məqsədilə törədilmiş cinayətdə 73 uşağı zərərçəkmiş hesab ediblər, 84 nəfərə qarşı cinayət məcəlləsi ilə təqib başlayıb. Uşaq evliliyi ilə əlaqədar cari hesabat ilində 14 yaşlı qızın öldürülməsi faktı ilə ciddi siyasət aparılması zərurəti yaranıb. Həmin qətl hadisəsində müxtəlif gender əlamətli zorakılıqlar qeydə alınıb” – hesabatda yazılıb.

 

Xalq Müdafiəçisi Gürcüstan hökumətinə tövsiyə ilə müraciət edib ki, uşaq yaşında nikah və bununla bağlı cinayətlərin qarşısını almaq üçün vahid ünsiyyət strategiyası hazırlansın.

 

Parlament isə azyaşlının nişanlandırılmasının cinayət faktı olması ilə bağlı Gürcüstan Cinayət Məcəlləsində dəyişikliyin edilməsi təklifi ilə müraciət edib.

 

Mənbə: etaloni.ge