Gürcüstanın özəl ali təhsil ocaqları 2022-ci il üzrə fəaliyyət və gəlir hesabatlarını dərc ediblər. Sənəddən aydın olur ki, son bir ildə aparıcı ali təhsil müəssisələrinin ümumi gəlirləri 210 milyon laridir, bu müəssisələrin gəlirlərinin illik artımı 14 faizi ötüb ki, bu da, ilk növbədə onların əcnəbi tələbələri cəlb etməsi ilə bağlıdır. Bu baxımdan ən tələb olunan istiqamət yenə də xarici dildə tibb və biznes menecmentidir. Bununla yanaşı universitetlər gürcüdilli kurslarla müqayisədə xarici dildə olan kurslar üçün əhəmiyyətli dərəcədə yüksək təhsil haqqı tələb edirlər.

 

Gürcü tələbələrə gəldikdə, universitetlərin qiymət dəyişikliyi nisbətən kiçikdir və hətta ən bahalı kurslarda belə ildə 9 min laridən artıq təşkil etmir, xarici dil fakültəsi üçün yuxarı qiymət kateqoriyası 10-12 min dollardır. Ona görə də gəlirləri artırmaq üçün ali təhsil müəssisələri əcnəbi tələbələrin cəlb edilməsinə üstünlük verirlər. Rəsmi statistika da bunu göstərir, əgər 2021-2022-ci tədris ilində özəl ali məktəblərdə 17 min əcnəbi tələbə təhsil alırdısa, 2022-2023-cü tədris mövsümündə bu rəqəm artıq 25 min olub. Bu da 47 % artım deməkdir. Nəticədə xarici vətəndaşlar özəl ali məktəblərin ümumi kontingentinin 15,5 %-ni (161 min tələbə) təşkil edir.

 

Yayımlanmış maliyyə hesabatına görə, özəl təhsil müəssisələri arasında ən böyük gəlir Gürcüstan Universitetinin payına düşür. Universitet ötən il gəlirləri 17 milyon laridən 53,9 milyon lariyə qədər  (artım 46 %) artıra bilib. İkinci yerdə Qafqaz Universiteti durur, onun 32 milyon lari gəliri var (artım 51 %).

 

Ən gəlirli ali təhsil müəssisələrinin böyük qismi 2022-ci ilin maliyyə nəticələrini artıq yayımlayıb, digər universitetlərin nəticələri aşağıdakı kimidir:

 

Gürcüstan Universiteti – 53,920,000 lari;

 

Qafqaz Universiteti – 32,052,497 lari;

 

Azad Universitet – 21,456,000 lari;

 

SEU (2021-ci il) – 21,096,000 lari;

 

Beynəlxalq Qafqaz Universiteti – 17,954,000 lari;

 

Avropa Universiteti (2021-ci il) – 17,392,000 lari;

 

Gürcü-Amerika Universiteti – 16,488,570 lari;

 

Qriqol Robakidze Universiteti – 13,030,732 lari;

 

BTU – 8,779,662 lari;

 

İBSU – 7,144,086.

 

Mənbə: bm.ge