“Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinə 2026-cı ilə qədər onlayn universitet konsepsiyası/modeli və standartının hazırlanması tapşırılsın”. Bu haqda Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən imzalanmış “Ali təhsil haqqında” qanuna daxil edilmiş sərəncamda qeyd olunub.
Sərəncamda həmçinin elektron təhsilin nə olduğu açıqlanıb: Ali təhsil müəssisəsi tərəfindən Gürcüstan ərazisində tələbələrin/müəllimlərin hazırlanması üzrə təhsil proqramı, xüsusi müəllimin, baytarın hazırlanması, yaxud gürcü dili hazırlıq təhsil proqramına qəbul edilmiş şəxslər üçün Gürcüstanda akreditasiyadan keçmiş ali təhsil proqramına kvalifikasiyanın əldə edilməsi üçün təşkil edilmiş, müasir, lisenziyalı, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil prosesi. Elektron təhsilin həyata keçirilməsi üçün kurikulumun planlaşdırılması, tədris prosesinin təşkili və idarəetmə yanaşmasından, metodlardan istifadə etmək mütləqdir.
Elektron təhsil ali təhsil proqramında təhsil prosesinin, yaxud onun bir hissəsinin müasir elektron vasitələrinin – təhsil prosesinin idarə edilməsinin elektron sistemdən istifadə edərək həyata keçirilməsini nəzərdə tutur.
Təhsil prosesi idarəsinin elektron sistemi müasir, lisenziyalı, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil prosesinin təşkili və idarə edilməsi, eləcə də təhsil materiallarının çatdırılması üçün tələbənin (cəzaçəkmə müəssisələrinə yerləşdirilmiş tələbələrdən başqa) tələbə ilə, yaxud təhsil müəssisəsinin heyəti ilə ünsiyyət, interaksiya, tələbələrin qiymətləndirilməsinin obyektiv, şəffaf, ədalətli həyata keçirilməsi, onlara məsləhət verilməsi, tələbə inkişafının monitorinqi, başqa məqsədlər üçün istifadəsini təmin edir.
Elektron təhsil sinxron ünsiyyət formasında həyata keçirilir və ünsiyyətin eyni vaxtda həyata keçirilməsini nəzərdə tutur.
Həmin maddənin birinci bəndi ilə nəzərdə tutulmuş elektron təhsilin həyata keçirilməsi üçün ali təhsil müəssisəsi elektron təhsilin müasir, lisenziyalı aplikasiyasının/platformasının seçilməsini və tədris prosesinin interaktiv idarə edilməsi üçün istifadəsini təmin edir.
Təhsil sahələrinin klassifikasiyası ilə nəzərdə tutulmuş sahələrin siyahısını, eləcə də ali təhsil proqramı kreditlərinin maksimum sayını Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzin təqdimatı ilə nazir təsdiq edir. Həmin kreditlər çərçivəsində təhsilə yol verilir.
Mənbə: etaloni.ge