Yeni tədris ilindən hərbi iş fənninin 9-cu siniflərdə pilot fənn olaraq qəbul edildiyi məktəblərin sayına 40 məktəb əlavə olunacaq, yekun nəticədə bu, bütün məktəblərdə vacib fənn olacaq.

 

Bu barədə Gürcüstanın müdafiə nazirinin müavini Qriqol Giorqadze parlamentdə çıxışı zamanı bildirib. Parlamentin Təhsil Komitəsində Gürcüstanın Müdafiə Nazirliyinin hesabatı dinlənilib. Hesabatda dövlətin gənclər siyasətinin strategiyası və fəaliyyət planı kontekstində Müdafiə Nazirliyinə məxsus məqsədlərin yerinə yetirilməsi, fəaliyyətləri barədə söhbət açılıb.

 

Nazir müavininin sözlərinə görə, hərbi iş gənclərdə vətənpərvərlik ruhunun və marağının oyandırılması baxımından uğurlu layihələrdən biridir.

 

“Hərbi iş indiki mərhələdə ictimai məktəblər üçün pilot fəndir. Amma biz düşünürük ki, məktəblərin iştirakını daha da genişləndirək. Həmçinin özəl məktəblərdə də bu fənn tətbiq olunsun. Yekun məqsəd bu olacaq ki, hərbi iş vacib fənn olsun. İndiki mərhələdə 80-ə yaxın ictimai məktəb qoşulub və buradan 20 məktəb dağlıq bölgələrin məktəbləridir. Fənni bizim ehtiyatda olan zabitlərimiz tədris edir, həmçinin ictimai məktəblərdə xüsusi otaqlar yaradılıb, həmin otaqlar müvafiq şəkildə təchiz edilib. Şagirdlər bizim hərb tariximiz, bizim müdafiə qüvvələrimiz haqqında məlumat alırlar. Bu, praktiki hissəni – mühüm bacarıqların inkişaf etdirilməsini də nəzərdə tutur”, – deyə Qriqol Giorqadze bildirib.

 

Komitədə bildirilib ki, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi ümumi təhsilin milli məqsədləri layihəsində də əsas olduğundan, bu fənnin ciddi qrafiki olacaq.

 

Komitə sədri nə zaman bütün məktəbərdə fənnin mənimsəniləcəyi və əsasən nəyə istiqamətlənəcəyi ilə maraqlanıb. Müdafiə nazirinin müavini bildirib ki, indiki məqamda xüsusi maneələrin həllinə ehtiyac var:

 

“Qeyd etdiyim kimi, pedaqoqlar ehtiyatda olan zabitlərdir və Təhsil Nazirliyi ilə fəal əməkdaşlıq nəticəsində Müəllimlər Evində hazırlıq həyata keçirilir. Bizim seçim meyarlarımız var və namizəd yoxlayışdan keçirilir. Dərslik məktəb şagirdləri üçün tərtib edilib və adaptasiya olunub, vətəndaş müdafiəsi məsələlərini, eləcə də ümumi milli təhlükəsizlik, müdafiə qüvvələri ilə bağlı əsas məlumatları əhatə edir. Praktiki hissə ilə birlikdə həftədə bir dəfə tədris olunur. Yeni tədris ilindən 40 məktəb əlavə olunacaq. Biz məktəbin hazırlıqlarından da asılıyıq, maraq var, ancaq müvafiq infrastrukturu nəzərə almaqla bizim pedaqoqun müvafiq regionda təmin olunmasını həyata keçirməyimiz məsələləri tənzimlənməkdədir. İstəyirdik ki, bu il də vacib fənn olsun, amma müxtəlif obyektiv səbəblərdən irəli gələrək hələ mümkün deyil, ancaq yekun məqsəd məhz budur”.

 

Mənbə: edu.aris.ge