Birinci sinfə daxil olanların və onların valideynlərinin maraqlarını nəzərə alaraq 2021-2022-ci tədris ili üçün birinci siniflərin qeydiyyatının I və II mərhələsinin vaxtı dəyişdirilib.
Birinci siniflərin qeydiyyatının I mərhələsi (xüsusi təhsilə ehtiyacı olan uşaqlar) 15 martdan 26 marta qədər uğurla həyata keçirilib. Ancaq ölkədəki epidemioloji vəziyyətə görə I mərhələdə qeydiyyatdan keçmiş uşaqların multidisiplin komandası tərəfindən qiymətləndirilmə prosesində maneə yaranıb. Buna görə xüsusi təhsilə ehtiyacı olan şəxslərin marağını nəzərə alaraq qeydiyyat üçün lazım olan sənədlərin qəbulu üçün yekun vaxt 5 iyuna qədər uzadılıb.
Hökumətin 4-11 may tarixlərinin istirahət günləri elan etməsinə görə birinci siniflərin qeydiyyatının II mərhələsində də dəyişiklik edilib. II mərhələdə qeydiyyat 2021-ci ilin 20 aprel tarixindən 29 aprel tarixinə qədər həyata keçirilib.
Xüsusi təhsilə ehtiyacı olan şagirdlər:
a) Fiziki məhdudiyyəti olan;
b) İntellektual inkişafın pozulması;
c) Tədris qabiliyyətinin pozulması;
ç) Sensor inkişafın pozulması (eşitmə və ya görmə);
d) Nitq qabiliyyətinin pozulması;
e) Davranış və emosional pozuntu;
ə) Uzun müddət xəstəxanada qalmaq ehtiyacı;
f) Təhsildə sosial faktorlardan yaranmış çətinliklər və buna görə də milli tədris planının tələblərini yerinə yetirə bilməyən;
g) Autizm spektri olan;
Xatırladaq ki, III mərhələ – ümumi qeydiyyat – mayın 13-dən başlayacaq və iyunun 5-nə qədər davam edəcək.
Qeydiyyat Təhsilin İdarəsi üzrə Məlumat Sisteminin rəsmi veb-səhifəsində – emis.ge-də həyata keçiriləcək. Qeydiyyatı valideyn/qanuni nümayəndə aparır. Elektron qeydiyyatdan keçmiş şagirdin vacib sənədinin təqdim edilməsi iyunun 8-dən 22-nə qədər həyata keçiriləcək. Təyin edilmiş vaxtda sənədlər təqdim olunmazsa qeydiyyat avtomatik ləğv olunacaq.
IV mərhələdə qeydiyyat 24 iyundan 10 iyula qədər məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə azad olunan, yaxud boş qalmış yerlərə I, II və III mərhələlərdə qeydiyyatdan keçmiş, yaxud qeydiyyatı dəyişmək istəyən şagirdlər qeydiyyat olunacaq.
Məktəb dördüncü mərhələdə valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənəd əsasında şagirdin qeydiyyatını təmin edir.
Birinci sinfə qəbul olmaq üçün lazım olan sənədlər isə bunlardır:
- Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi ilə bağlı məlumatdan ibarət olmalıdır;
- Şagirdin doğum şəhadətnaməsi, yaxud şəxsiyyəti təsdiq edən sənədin surəti. Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin surəti (belə hal mövcud olarsa).
Nazirlik valideynləri qeydiyyat müddəti və şərtləri ilə diqqətlə tanış olmağa çağırır ki, uşaqları vaxrında və maneəsiz məktəbə qeydiyyat edə bilsinlər.
Mənbə: etaloni.ge