2026-2027-ci tədris ilində məktəbə qeydiyyat yaşı yenidən dəyişdirilib və 15 sentyabra qədər 6 yaşı tamam olmuş uşaqlar birinci sinfə qeydiyyat oluna biləcəklər. Parlament artıq dəyişikliyi təsdiq edib və qanun qüvvəyə minən kimi tədris ilinin başlanğıcında birinci siniflərin sayı azalacaq. Çünki bugünkü göstəricilərə əsasən, birinci sinfə 31 dekabra qədər 6 yaşı tamam olan uşaqlar qeydiyyat olunurdula.

 

Dəyişikliklərlə bağlı yeni qanun layihəsinin izahatında qeyd olunub ki, birinci sinfə gedəcək şagirdlərin sayının azalması məktəb dərslikləri və “Mənim ilk kompüterim” proqramının xərclərini də azaldacaq.

 

“Birinci sinif şagirdlərinin sayının azalması büdcə xərclərinin bir hissəsinin azalmasına səbəb olacaq. Çünki məktəb dərslikləri və “Mənim ilk kompüterim” proqramı üçün xərclər də azalacaq.

 

2026-2027-ci tədris ilinin qəbulu zamanı da uşaq sayı azalacaq, ancaq bu say gələn tədris ilinin qəbulunda bölünəcək, ümumilikdə 8000 uşaq azalacaq.

 

“Mənim ilk kompüterim” proqramının xərcləri 5,9 milyon lari azalacaq. Vauçer maliyyələşdirməsi təxminən 4 milyon (8000x500=4 milyon (vauçerin təxmini dəyəri) lari azalacaq. Məktəb dərsliklərinin xərci isə dərsliklərin azalması kimi faktorlardan asılıdır.

 

Yerli özünüidarəetmə orqanlarının xərcləri qismən artırılacaq. Çünki uşaqlar cari ildə birinci sinfə gedə bilməyəcəklər (təxminən 8000 uşaq), məktəbə hazırlıq proqramlarına qoşulacaqlar. Bu isə yerli özünüidarəetmə orqanlarının səlahiyyətidir. Qeyd etmək lazımdır ki, bağça məcburi deyil və həmin xərclərin miqdarı məktəbə hazırlıq proqramlarına qoşulmaq üçün müraciətlərin sayı ilə əlaqədardır” – izahatda deyilir.

Mənbə: etaloni.ge