Müəllimlər üçün bəzi güzəştlər mövcuddur ki, onların çoxunun bundan xəbəri yoxdur. Məsələn, təkcə müəllimlər üçün nəzərdə tutulmuş korporativ telefon nömrələri. Bu nömrələri müəllimlərə Təhsil və Elm Nazirliyi verir. Korporativ nömrələr vasitəsilə müəllimlər öz aralarında tamamilə pulsuz danışırlar, başqa şəbəkələrə zəngin qiyməti isə 30 dəqiqə üçün 5 tetridir. Əgər hələ də bu güzəştdən yararlanmırsınızsa, işlədiyiniz məktəbin müsahibinə müraciət edin və korporativ nömrənizi tələb edin.

 

Sağlmalıq sığortası – müəllimlər ümumi sığorta proqramı ilə sığortalanıblar. Ancaq onlar üçün fərqli sığorta paketi mövcuddur. Müəllim eyni zamanda özəl və ümumi sığortadan istifadə edə bilər. Dövlət sığortası ilə müəllimlər üçün tibbi xidmətin 70-100 %-i maliyyələşdirilir. Tibbi sığorta almaq üçün müəllimdən klinikada anket açdırmaq tələb olunur. Tibb məntəqələrinin bazasında müəllimin statusu görünür, əks halda müəllim şəxsiyyət vəsiqəsini təqdim edə bilər.

 

Güzəştli gediş kartı – paytaxt meriyası müəllimlərə güzəştli gediş haqqı kartı verəcək. Bu kartla müəllimlər avtobus və metroda 50 tetri əvəzinə 20 tetri ödəyəcəklər. Bəzi regionlarda isə müəllimlərin gediş haqqını bələdiyyələr ödəyir. Müəllimlər bu güzəştli tarifdən yararlanmaq üçün Tbilisi, Mitskeviç küçəsi 29 ünvanına müraciət edərək gediş kartını götürə bilərlər. Xatırladaq ki, qeyd olunan güzəşt şəhər meriyası tərəfindən tətbiq edilib. Buna görə də gediş kartını almaq üçün müəllimlər mütləq Tbilisidə qeydiyyatdan keçmiş olmalıdırlar. Bölgələrdə bu güzəştdən istifadə etmək üçün isə müəllimlər yerli bələdiyyəyə müraciət etməlidirlər.

 

Güzəştli internet – distant təhsil müəllimlərə daha bir güzəştdən faydalanmaq imkanı verib. Gürcüstanın bütün ictimai və özəl məktəb müəllimləri 20 giqabaytlıq mobil internet paketdən güzəştli qiymətə – 10 lariyə istifadə edə bilərlər. Bu tarif 2021-2022-ci ilin sonuna qədər qüvvədədir. Güzəştli paketdən istifadə etmək üçün Təhsilin İdarəsi üzrə Məlumat Sistemi (EMIS) tərəfindən yaradılmış “mobile.emis.ge” platformasında şəxsi nömrəni qeyd etməklə paketin aktivləşdiriləcəyi telefon nömrələrini qeydiyyatdan keçirmək lazımdır.

 

Bundan əlavə, bankların müəllimlərə fərqli təklifləri var. Banklar müəllimə stabil gəliri olduğuna görə etibar edir və müxtəlif güzəştli paketlər təklif edirlər.

 

Həmçinin müəllimlər üçün birillik məzuniyyət də güzəşt hesab oluna bilər. Müəllim 6 ildə bir dəfə əməkhaqqı almadan bu güzəştdən istifadə edə bilər. 1 il kvalifikasiyasını yüksəltməyə həsr edə və həmin müddəti iş yerini itirmədən işləməyə bilər.

Mənbə: etaloni.ge