Gürcüstanda uşaq bağçalarının avtorizasiyası aktiv şəkildə davam edir. Meyarları qarşılaya bilməyən təlim-tərbiyə müəssisələrinə nöqsanları aradan qaldırmaq üçün 2030-cu ilə qədər vaxt veriləcək, əks halda onlar bağlanacaq – qanunvericilik bunu nəzərdə tutur.

 

“Yeni Yol” “etaloni.ge” saytına istinadən xəbər verir ki, təhsil nazirinin müavini Zviad Qabisoniya bağçalardakı əsas problemlərin infrastruktur, həmçinin ixtisaslaşma hissəsində olduğunu bildirib. Hazırda təxminən 190 dövlət və yalnız 1 özəl bağça avtorizasiyadan keçib.

 

Məlumdur ki, sanitariya normalarına, qidalanma rasionuna və təhsil standartlarına xüsusi diqqət yetirilir, həmçinin uşaqların və tərbiyəçilərin sayı da nəzarətdə saxlanılacaq.

 

“Avtorizasiya prosesi müəyyən növ monitorinq tətbiq etmək və yoxlamalar aparmaq imkanına malikdir. Müvafiq olaraq, monitorinq intensiv olacaq və hansı hissədə daha çox müdaxiləyə ehtiyac ola biləcəyi daha aydın görünəcək”, – deyə Z.Qabisoniya əlavə edib.