2020-2021-ci tədris ilinin məzunları ümumi orta təhsil haqqında attestatlarını almaq üçün 20 iyun tarixindən Ədliyyə Evinin filiallarına və ya Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin istənilən ərazi xidmətlərinə ərizə ilə müraciət edə bilərlər.
Attestat almaq üçün aşağıdakı sənədlər lazımdır:
• Şəxsiyyəti təsdiq edən sənəd;
• Doğum şəhadətnaməsi (əgər attestat almaq üçün həddi-büluğa çatmamış şəxsin qanuni nümayəndəsi müraciət edərsə);
• Müvafiq qaydada təsdiqlənmiş etibarnamə (əgər attestat almaq üçün həddi-büluğa çatmamış şəxsin qanuni nümayəndəsi müraciət edərsə);
• Sənəd tezləşdirilmiş qaydada alınarsa, bu xidmətə görə ödəməni təsdiq edən qəbz.
Attestatın 10 iş günü ərzində verilməsi pulsuzdur.
Tezləşdirilmiş qaydada xidmətin müddəti və qiyməti aşağıdakı kimidir:
Sənədin 5 iş günündə tezləşdirilmiş qaydada hazırlanması üçün xidmətin qiyməti – 35 lari;
Sənədin 3 iş günündə tezləşdirilmiş qaydada hazırlanması üçün xidmətin qiyməti – 50 lari;
Sənədin 2 iş günündə tezləşdirilmiş qaydada hazırlanması üçün xidmətin qiyməti – 65 lari;
Sənədin ərizəni təqdim edən günü tezləşdirilmiş qaydada hazırlanması üçün xidmətin qiyməti – 70 lari.
Attestatın cari tədris ilinin 20 iyun tarixindən sonra tezləşdirilmiş qaydada verilməsi xidmətinin müddəti və qiyməti:
Sənədin 5 iş günündə tezləşdirilmiş qaydada hazırlanması üçün xidmətin qiyməti – 20 lari;
Sənədin 3 iş günündə tezləşdirilmiş qaydada hazırlanması üçün xidmətin qiyməti – 30 lari;
Sənədin 2 iş günündə tezləşdirilmiş qaydada hazırlanması üçün xidmətin qiyməti – 40 lari;
Sənədin ərizəni təqdim edən günü tezləşdirilmiş qaydada hazırlanması üçün xidmətin qiyməti – 50 lari.
Mənbə: etaloni.ge