Birinci siniflərin qeydiyyatı 15 mart tarixindən başlayıb. Vaxt və mərhələlər barədə Təhsil, elm, mədəniyyət və idman nazirinin birinci müavini Ekaterine Dqebuadze nazirlikdə keçirilən brifinqdə danışıb.
15 sentyabra qədər 6 yaşı tamam olan uşaqlar 2021-2022-ci tədris ili üçün qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatın birinci mərhələsində – 2021-ci ilin 15 mart tarixindən 2021-ci ilin 26 mart tarixinə qədər – məktəblərdə xüsusi təhsilə ehtiyacı olan uşaqlar qeydiyyatdan keçəcəklər.
I mərhələdə qeydiyyatdan keçmiş uçaqların valideynləri istədikləri məktəbə ərizə ilə müraciət edə bilərlər. Məktəb rəhbərliyi uşağı Təhsilin İdarəsi üzrə Məlumat Sistemində (EMIS) qeydiyyatdan keçirəcək. Uşağın xüsusi təhsilə ehtiyacı olduğunu təsdiq etmək məqsədi ilə valideyn məktəbdə müvafiq müraciət forması doldurur və bundan sonra multidissiplin komandası tərəfindən uşaq qiymətləndirilir və onun xüsusi təhsilə ehtiyacı olub-olmaması müəyyən edilir. Xüsusi təhsilə ehtiyacı olduğu təsdiq olunarsa, məktəb müvafiq sənəd əsasında şagirdin qəbul edilməsini təmin edir. Qeydiyyatdan keçmiş uşağın sənədi 2021-ci ilin 29 mart tarixindən 24 aprel tarixinə qədər təqdim olunmalıdır.
Xüsusi təhsilə ehtiyacı olan şagirdlər:
a) Fiziki məhdudiyyəti olan;
b) İntellektual inkişafın pozulması;
c) Tədris qabiliyyətinin pozulması;
ç) Sensor inkişafın pozulması (eşitmə və ya görmə);
d) Nitq qabiliyyətinin pozulması;
e) Davranış və emosional pozuntu;
ə) Uzun müddət xəstəxanada qalmaq ehtiyacı;
f) Təhsildə sosial faktorlardan yaranmış çətinliklər və buna görə də milli tədris planının tələblərini yerinə yetirə bilməyən;
g) Autizm spektri olan;
Xüsusi təhsilə ehtiyacı təsdiqlənməyən uşaqların növbəti mərhələlərdə qeydiyyatdan keçirilməsi mümkün olacaq.
II mərhələdə 27 apreldən 11 maya qədər qeydiyyatdan keçmək mümkün olacaq və məktəbdə qeydiyyatdan keçəcək uşaqlar bunlardır:
a) Eyni məktəbdə təhsil alan bacı və qardaş;
b) Valideyni/qəyyumu həmin məktəbin əməkdaşı olanlar;
c) Bir ailədən eyni zamanda birinci sinfə daxil olan iki və daha çox olan uşaqlar.
Bu mərhələdə valideyn/qanuni nümayəndə tərəfindən uşağın qəbulu üçün vacib sənədlərin təqdim olunması əsasında ictimai məktəblərdə qeydiyyat həyata keçirilir. Qeydiyyatı ictimai məktəb təmin edir.
III mərhələ – ümumi qeydiyyat – mayın 13-dən başlayacaq və iyunun 5-nə qədər davam edəcək.
Qeydiyyat Təhsilin İdarəsi üzrə Məlumat Sisteminin rəsmi veb-səhifəsində – emis.ge-də həyata keçiriləcək. Qeydiyyatı valideyn/qanuni nümayəndə aparır. Elektron qeydiyyatdan keçmiş şagirdin vacib sənədinin təqdim edilməsi iyunun 8-dən 22-nə qədər həyata keçiriləcək. Təyin edilmiş vaxtda sənədlər təqdim olunmazsa qeydiyyat avtomatik ləğv olunacaq.
IV mərhələdə qeydiyyat 24 iyundan 10 iyula qədər məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə azad olunan, yaxud boş qalmış yerlərə I, II və III mərhələlərdə qeydiyyatdan keçmiş, yaxud qeydiyyatı dəyişmək istəyən şagirdlər qeydiyyat olunacaq.
Məktəb dördüncü mərhələdə valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənəd əsasında şagirdin qeydiyyatını təmin edir.
Birinci sinfə qəbul olmaq üçün lazım olan sənədlər isə bunlardır:
- Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi ilə bağlı məlumatdan ibarət olmalıdır;
- Şagirdin doğum şəhadətnaməsi, yaxud şəxsiyyəti təsdiq edən sənədin surəti. Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin surəti (belə hal mövcud olarsa).
Nazirlik valideynləri qeydiyyat müddəti və şərtləri ilə diqqətlə tanış olmağa çağırır ki, uşaqları vaxrında və maneəsiz məktəbə qeydiyyat edə bilsinlər.
Mənbə: etaloni.ge