Müəllimlərin Peşə İnkişafı üzrə Milli Mərkəzin rəhbəri Berika Şukakidze təcrübəçi (praktikos) müəllimlərə verilmiş sonuncu şansdan danışıb.

Onun sözlərinə görə, yayda keçiriləcək imtahanı 4200 müəllim gözləyir. Əgər onlar statuslarını yüksəldə bilməsələr sentyabrdan məktəbə girmək hüquqları olmayacaq, buna baxmayaraq, gələn il yenə də imtahan verə biləcəklər.

“Biz dedik ki, pandemiya dövründə insalara əlavə stress yaratmağımız ədalətsizlik olardı. Təcrübəçi müəllimlərə yayda yenə imtahan vermək şansı verildi. 2021-ci ilin sentyabr ayında onlar imtahan vasitəsilə statuslarını yüksəltməsələr öhdəliklərini yerinə yetirə bilməyəcəklər. Yəni əgər 4200 müəllim imtahan şərtlərini qane etməsələr, bu onlara verilmiş son şans olacaq. Ancaq bir ildən sonra onlar yenidən imtahan verərək peşələrinə qayıda biləcəklər”, - deyə B.Şukakidze bildirib.

Müəllimlər Evinin sədri izah edib ki, pedaqoqların yaşı həlledici deyil, əsas peşəkarlıq və kvalifikasiyadır: “Biz iki il əvvəl müəllimlər sxeminin islahatına başlayanda heç bir halda insanın yaşına diqqət etməməliyik dedik. Bürokratın kiminsə yaşını diqqətə yetirməsi zərərlidir. Biz peşəkarlığa və kvalifikasiyaya diqqət yetiririk.

Yeni sxemə əsasən, biz peşə inkişafı baxımından məktəbin bazasına keçirik. Bu o deməkdir ki, indi top məktəbin meydanına atılır. İndi məktəb müəllimin peşəkar inkişafını təmin etmək üçün hər şey etməlidir”.

Mənbə: etaloni.ge