2020-2021-ci tədris ilindən məktəblərdə işləyən müəllimlərin sayı stabil olaraq artır. Bunu Milli Statistika Xidmətinin yaydığı göstəricilər də təsdiqləyir. Ancaq hansı fənn müəlliminin sayının hansı regionlarda artdığı məlum deyil.
Son göstəricilərə görə, 2024-2025-ci tədris ilində müəllimlərin ümumi sayı 66010 nəfər təşkil edib. Buradan 58174-ü ictimai məktəblərdə, 7836-sı isə özəl məktəblərdə işləyir. Qeyd edək ki, 58174 müəllimdən 57766-sı qadın, 948-i isə kişidir.
Müəllimlərin sayı ilə bağlı son 5 tədris ilinin göstəriciləri bu cürdür:
2020-2021-ci tədris ili – 62699 müəllim. İctimai məktəbdə – 55491, özəl məktəbdə – 7208;
2021-2022-ci tədris ili – 62981 müəllim. İctimai məktəbdə – 56010, özəl məktəbdə – 6971;
2022-2023-cü tədris ili – 62296 müəllim. İctimai məktəbdə – 56703, özəl məktəbdə – 5593;
2023-2024-cü tədris ili – 63665 müəllim. İctimai məktəbdə – 57586, özəl məktəbdə – 6079;
2024-2025-ci tədris ili – 66010 müəllim. İctimai məktəbdə – 58174, özəl məktəbdə – 7836.
Mənbə: etaloni.ge