2021-ci ilin fənn imtahanından uğurla keçmək üçün test imtahanından toplanacaq vacib balın miqdarı müəyyən edilib. Sərəncamı təhsil və elm naziri Mixeil Çxenkeli imzalayıb.
Sərəncama əsasən, test imtahanında toplanacaq vacib balların sayı maksimum balın 60 %-dən artıq olmalıdır. Bu, hər fənn üçün minimum balın fərqli olması deməkdir.
Fənlər üzrə keçid balları:
a.a) Gürcü dili və ədəbiyyatı (VII-XII siniflər) 43 bal və yuxarı;
a.b) Riyaziyyat (VII-XII siniflər) 25 bal və yuxarı;
a.c) Coğrafiya (VII-XII siniflər) 34 bal və yuxarı;
a.ç) Biologiya (VII-XII siniflər) 37 bal və yuxarı;
a.d) Kimya (VII-XII siniflər) 37 bal və yuxarı;
a.e) Fizika (VII-XII siniflər) 37 bal və yuxarı;
a.ə) Tarix (VII-XII siniflər) 34 bal və yuxarı;
a.f) Vətəndaş təhsili (VII-XII siniflər) 34 bal və yuxarı;
a.g) Xarici dil (VII-XII siniflər) 55 bal və yuxarı;
a.ğ) Gürcü dili ikinci dil kimi (VII-XII siniflər) 52 bal və yuxarı;
a.h) Tətbiqi və təsviri incəsənət (I-IX) 37 bal və yuxarı;
a.x) Musiqi (I-IX siniflər) 43 bal və yuxarı;
a.ı) İdman (I-XII siniflər) 43 bal və yuxarı;
a.i) Gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq ( I-IV siniflər) 40 bal və yuxarı;
a.j) Gürcü dili və ədəbiyyatı (Başlanğıc pillə - I-IV siniflər) 32 bal və yuxarı;
a.k) Təbiətşünaslıq (Başlanğıc pillə - I-IV siniflər) 32 bal və yuxarı;
a.q) Riyaziyyat (Başlanğıc pillə - I-IV siniflər) 32 bal və yuxarı;
a.l) İnformasiya və kommunikasiya texnologiyaları – 43 bal və yuxarı.
Gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər), gürcü dili və ədəbiyyatı (I-IV siniflər), riyaziyyat (I-IV siniflər), xarici dillər (I-XII siniflər), gürcü dili ikinci dil kimi (I-XII siniflər) və informasiya və kommunikasiya texnologiyalarının testləri bir neçə hissədən ibarətdir. Aplikant imtahanı uğurla başa vurmuş hesab edilsin deyə qeyd olunan keçid (60 %-dən artıq) ilə birgə testin hər hissəsinin keçid baryerini aşağıda təyin edilmiş prinsipə əsasən aşmalıdır:
b.a) Müəllimlər üçün gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər) fənləri üzrə imtahan testi iki hissədən ibarətdir. Akademik hissədə müəllim maksimum balın (akademik bacarıqlar hissəsində maksimum bal -14) 40 %-dən çoxunu, yəni 6 bal və yuxarı toplamalıdır;
b.b) Təbiətşünaslıq (başlanğıc pillə - I-VI siniflər), gürcü dili və ədəbiyyatı (başlanğıc pillə - I-VI siniflər), riyaziyyat (başlanğıc pillə - I-VI siniflər) fənləri üçün imtahan testi iki hissədən ibarətdir. Buradan akademik hissədə aplikant maksimum balın (akademik bacarıqlar hissəsində maksimum bal -14) 40 %-dən çoxunu, yəni 6 bal və yuxarı toplamalıdır;
b.c) Xarici dillər imtahanı dörd hissədən ibarətdir: danışıq, yazı, oxu və dinləmə hissəsində müəllim maksimum balın üçdə birini, yaxud daha artıq toplamalıdır.
Danışıq hissəsində maksimum bal 16, keçid balı 6 bal və yuxarı. Yazı hissəsində maksimum bal 22, keçid balı 8 və yuxarı, dinləmə hissəsində maksimum bal 16, keçid balı 6 və yuxarı. Oxu hissəsində isə maksimum bal 36 müəyyən edilib, keçid balı isə 12 və yuxarıdır;
b.ç) Gürcü dili ikinci dil kimi (I-XII) fənni üçün imtahan testləri beş hissəyə bölünür. Testin hər hissəsi üçün daxili hədd olaraq maksimum balın 40 %-dən artığı müəyyən edilib. Dinləmə hissəsində maksimum bal 9, keçid balı 4 yaxud daha artıq, oxu hissəsində maksimum bal 25, keçid bal 11 yaxud daha artıq, yazı hissəsində maksimum bal 20, keçid balı 9 yaxud daha artıqdır, peşə bilikləri hissəsində maksimum bal 20, keçid balı 9 yaxud daha artıqdır, danışıq hissəsində maksimum bal 11, keçid balı 5 bal yaxud daha artıqdır;
b.d) İnformasiya və kommunikasiya texnologiyaları fənni üçün imtahan testi iki hissədən – nəzəri bilik (yazılı) və praktiki bacarıqlar (təcrübə) hissəsindən ibarətdir. Aplikant testin hər hissəsində maksimum balın 40 %-ni, yəni 14 bal yaxud daha artıq toplamalıdır.
Mənbə: etaloni.ge