Özəl və dövlət məktəblərində süpürgəçilərin əməkhaqqı illərdir həllini tapmamış problemlərdən biridir. Doğrudur, Gürcüstan hökuməti ilə yanaşı Təhsil Nazirliyindən də bildirirlər ki, əməkhaqqı artmalıdır. Əməkhaqqı isə ildə bir dəfə 10 % olmaqla artır. Əməkhaqqının 400 lari olduğu halda bu artım problemi həll edə bilməz.

 

Bəs ABŞ-da, Avropanın inkişaf etmiş ölkələrinin bir qismində məktəbdə işləyən süpürgəçilərin əməkhaqları neçədir?

 

Amerika Birləşmiş Ştatlarında məktəbdə çalışan süpürgəçinin illik əməkhaqqı təxminən 36003 dollardır. Bundan əlavə, onlar bonus da əldə edə bilərlər.

 

Böyük Britaniyada süpürgəçinin illik orta əməkhaqqı 21450 funt, saatda isə 11 funtdur.

 

Avstraliya məktəblərində süpürgəçilərin illik əməkhaqqı 20000-dən 30000 dollara qədər dəyişir. Bu, məktəbdən, işçinin təcrübəsindən və işdən asılıdır.

 

Gürcüstanda məktəb süpürgəçilərinin əməkhaqqı regionlara əsasən fərqlidir. “Teachers.jobs.ge” səhifəsinə yerləşdirilmiş vakansiyalardan məlum olur ki, Gürcüstanda məktəbdə işləyən süpürgəçilərin aylıq əməkhaqqı 180 laridən 400 lariyə qədərdir.

 

Məsələn, Tbilisi məktəblərindən birində süpürgəçiyə aylıq əməkhaqqı olaraq 385 lari təklif edilir. Bu, ildə 4620 lari edir. Region məktəblərindən birində isə aylıq əməkhaqqı təxminən 180 laridir ki, bu da ildə 2160 lari edir. Regionda elan edilmiş daha bir vakansiyada aylıq əməkhaqqı 220-240 lari qeyd olunub. Bu da ildə 2640-2880 lari edir.

 

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən hər üç halda iş qrafiki tam – 40 saatdır. Əsas öhdəliklər isə bunlardır:

 

• Dərs prosesi başlamazdan 30 dəqiqə əvvəl məktəbdə olmaq;

 

• Dərs prosesi zamanı dəhlizdə, eləcə də tualetdə təmizliyi təmin etmək;

 

• Lazım gəldiyi halda məktəbdə dezinfeksiya işləri aparmaq;

 

• Hər tənəffüsdən sonra sanitar yerlərin təmizliyini təmin etmək.

 

Məlumat üçün onu da qeyd edək ki, ötən il ABŞ-nin Missuri ştatında məktəbdə süpürgəçi işləyən 64 yaşlı Kloidin Uilsonun adı işlədiyi məktəbə verilib.

 

Mənbə: etaloni.ge